Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
984

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunub

90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni ilin ilk ayında öz tamaşaçıları ilə görüşə “Monotamaşalar paradı” ilə gəldi. Yanvarın 9-dan 16-dək teatrın “kiçik səhnə”si təqdim ediləcək paradın ilk tamaşası isə Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə Z.Ziyadoğlunun “Vurğuna vurğun gəlin” əsəri oldu. Tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanan eyniadlı tamaşa kiçik səhnədə böyük təəssüratlar yarada bildi. Tamaşada Xalq şairi Səməd Vurğuna ümumxalq məhəbbəti öz əksini tapıb. Aktrisa oyunu ilə bu məhəbbəti həm aktyor oyununda nümayiş etdirə bilirdi həm də zalda əyləşən hər kəsə əsl sevgini aşılaya bildi. Əsəri həyati əsər də adlandırmaq olar. Çünki, zaman-zaman dövrün yazıb yaradan insanlarına xalqın , fərd olaraq hər hansı bir vətəndaşın hörmət və sevgisi bu tamaşada bütünlüklə öz əksini tapıb. Tamaşa ilə bağlı fikirlərini bizimlə bölüşən Əməkdar artist Lətifə Əliyeva bildirdi ki, tamaşanın ideya müəllifi elə özüdür. Düz 16 il əvvəl şairə bu mövzuda bir monoəsər yazmasını xahiş edib. Şair aktrisanın istəyi ilə əsəri yazır amma mənzum şeir, poema formasında. İlk dəfə tamaşanı 16 il əvvəl tamam fərqli formada oynayan aktrisa sonradan teatr və kinodakı işləri ilə əlaqədar bir də həmin tamaşaya qayıda bilmir. ADGTT-nın rəhbərliyinin təklifi ilə bu əsərə yenidən müraciət edən aktrisa tamaşanı öz dünyası, öz aləmi adlandırır. Yeni quruluşun rejissoru Gülnar Hacıyevadır. Söhbətimiz zamanı aktrisa qeyd etdi ki, ilk dəfə monotamaşa oynamaq arzusu 20 il əvvəl ulu öndər Heydər Əliyevin Qarabağ döyüşlərində iştirak edən xanımlarla görüşü zamanı yaranıb. Müharibənin qızğın vaxtında qəhrəman Azərbaycan qadınları ilə prezidentin görüşündən təsirlənən aktrisa Rafiq Rəhimlidən qəhrəman qadın obrazını əks etdirən monoəsər yazmasını xahiş edib. Bu əsər Ağakişi Kazımovun quruluşunda maraqla qarşılanıb. Aktrisa bildirir ki, bu gün “Monotamaşalar paradı” çərçivəsində açılış günü mənim tamaşamın təqdimi teatr rəhbərliyinin mənə etimadı kimi dəyərləndirilməlidir. Bu monotamaşa daxili dünyamın və içimdəki Səməd Vurğun sevgisinin təzahürüdür. Əsər içimdəki tufanı gözəl şəkildə təsvir etməyə imkan yaradır. Şükür ki, tamaşa bəyənildi və məni dəstəkləyən, tək qoymayan bütün sənət dostlarıma, görkəmli sənət və elm adamlarıma təşəkkürümü bildirirəm. Bir daha teatrın rəhbərliyinə, texniki heyətə mənə qarşı diqqətə, tamaşanın uğurlu alınması üçün göstərilən yardımlara görə minnətdarlığımı bildirirəm. Böyük sevgi üzərində qurulan bir aktyorun oyunu tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı. Tamaşaçılar “Vurğuna vurğun gəlin”i çiçək yağışına qərq etdilər. Qeyd edək ki, “Monotamaşalar paradı” çərçivəsində yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisin əsəri əsasında “İstədiyim kimi yaşamışam”, 11-də  Əməkdar artist Şövqi Hüseynovun “Dəlinin qeydləri” (N.V.Qoqol) , 12-də  Əməkdar artist Kəmalə Hüseynovanın “Cəza” (T.Vəliyeva), 16-da aktrisa Küşvər Şərifovanın “Sonsuzluğun sonu” ayın 17-də isə Əməkdar artist Nofəl Vəliyev F.Dostoyevskinin «İdiot» əsəri əsasında hazırlanmış monotamaşaları teatrsevərlərə təqdim edəcəklər.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb