Xaçmaz Tarix Diyarşünaslıq muzeyində "Uşaq hüquqları aylığına" həsr olunmuş "Özünü və hüququnu tanı" adlı tədbir keçirildi
Tədbiri giriş sözü ilə muzeyin direktoru P.Mehdiyeva açaraq bildirdi ki,artıq 25 ildirki Azərbaycan, BMT-nin "Uşaq hüquqları haqqında" konvensiyasını qəbul etmiş, onun tələb və müddəalarına əməl etməkdədir.
Ölkədə uşaq hüquqlarıyla bağlı görülən tədbirlər və verilən sərəncamlar, uşaqlarla bağlı keçirilən müxtəlif layihələr barədə Xaçmaz rayon Gənclər və İdman idarəsinin rəisi E.Məmmədov çıxış etdi.
Erkən nigahlar, gənclərin narkomaniyaya, xırda cinayətlərə, dini radikalizm ünsürlərinə cəlb olunması ilə bağlı Xaçmaz rayon Polis şöbəsinin "Yeniyetmələrlə iş üzrə" bölməsinin rəhbəri leytinant H.Zeynalov çıxış etdi və məktəblilərə öz tövsiyyələrini verdi.
Uşaq hüquqlarıyla bağlı Xaçmaz Uşaq və Gənclər kitabxanasında yaradılan "Uşaq hüquq mərkəzi " və bu mövzuda buraxılan müxtəlif nəşrlər barədə kitabxananın əməkdaşı Gülşən xanım məlumat verdi.
Tədbirdə mövzuyla bağlı süjetlər və musiqi nömrələri nümayiş olundu.
Sonda məktəblilər və qonaqlar uşaq kitabxanasının təşkil etdiyi,uşaqların esseleri və rəsmləri, mövzuyla bağlı müxtəlif jurnal və bukletlər, kitabların nümayiş olunduğu sərgiylə tanış oldular.