Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3706

Xalq artisti Çingiz Sadıxov son mənzilə yola salındı

Yanvarın 16-da Təzəpir məscidində Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu, Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirildi.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, eləcə də respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Vida mərasimində çıxış edən Fərhad Bədəlbəyli sənətkarın həyat və yaradıcılığından danışdı. O, Çingiz Sadıxovun vəfatını Azərbaycan mədəniyyəti və musiqisi üçün böyük itki kimi dəyərləndirdi: “Azərbaycan musiqisində Çingiz Sadıxovun özünəməxsus yeri və xidmətləri var. O, böyük sənətkarlarımız Rəşid Behbudovu, Bülbülü, Mirzə Babayevi, Şövkət Ələkbərovanı və digər sənətkarları ən məşhur konsert salonlarında müşayiət edib. Müşayiət etmək böyük bir sənətdir. O, bu sənətin kralı idi. Televiziyalarda tez-tez onun çıxışlarını göstərirlər. Fikir verin, notsuz, əzbər necə gözəl ifa edir. Çingiz Sadıxov həm də təvazökar, sadə və səmimi dost idi”.

Fərhad Bədəlbəyli Çingiz Sadıxovun Vətəndə dəfn olunması üçün göstərdiyi köməyə görə Prezident İlham Əliyevə öz minnətdarlığını ifadə etdi: “Görürsünüz, torpağın gücü nə qədərdir? 25 il Amerikada yaşayasan, amma torpaq çağırır səni. Biz hamımız bu torpaqda dünyaya gəlmişik, burada da dünyadan gedəcəyik. Düşünürəm ki, bu mənada Çingiz Sadıxovun son arzusu yerinə yetmiş oldu. Ona görə cənab Prezidentə öz minnətdarlığımızı bildiririk”.

Məşhur pianoçu ilə gənc vaxtlarından tanış olduğunu qeyd edən Xalq artisti Rafiq Seyidzadə onunla bağlı xatirələrini bölüşdü: “Rəşid Behbudovun repertuarının ən yüksək səviyyədə təqdim olunmasında Çingiz Sadıxovun böyük xidmətləri olub. O, ABŞ-ın 40-dan çox şəhərində Azərbaycan musiqisini təbliğ edib”.

Görkəmli musiqiçinin nəvəsi Rüstəm Sadıxov da babası haqqında öz fikirlərini jurnalistlərə bölüşdü: “Babam Bakıda doğulub, onun son mənzili də Bakıda oldu. O, Azərbaycanı çox sevirdi. Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq üçün çox çalışıb. Çingiz Sadıxov görkəmli musiqiçi olmaqla yanaşı, çox gözəl ailə başçısı idi. Onun əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq”.

Rüstəm Sadıxov babasının xatirəsinə göstərilən hörmət və ehtirama görə, eləcə də Bakıda dəfn olunmasına görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi.

Vida mərasimindən sonra görkəmli musiqiçi II Fəxri xiyabanda torpağa tapşırıldı.

Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə paytaxtdakı onillik Musiqi məktəbində alıb. Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.
Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib.
Bakıdakı 16 saylı Musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, Bakı Musiqi Akademiyasının professoru olub.
Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb.
İstedadlı pianoçu 2017-ci il dekabrın 30-da ABŞ-da vəfat edib.

Allah rəhmət eləsin.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib