Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
879

Xalq artisti Gülxar Həsənovanın 100 illiyinə həsr olunmuş tədbir keçirildi

5 dekabr 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli opera müğənnisi, Xalq  artisti  Gülxar  Həsənovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açaraq “Gülxar Həsənovanın xatirəsi bizim üçün çox əzizdir. Onun Azərbaycan opera sənətinin inkişafında xidmətləri əvəzsizdir. O, dəfələrlə muzeyin tədbirlərində iştirak etmişdir. “ – deyə qeyd etmişdir.

Tədbirin aparıcısı, muzeyin şöbə  müdiri Təranə Zeynalova Gülxar Həsənovanın həyat və yaradıcılıq yolu haqqında ətraflı danışmışdır. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur. Gülxar Həsənovanın ifaları olan video kadrlar nümayiş olunmuşdur.

Sonra Gülxar Həsənovanın ilk tələbələrindən olan - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Səkinə İsmayılova Gülxar Həsənova haqqında kitab və oçerklərin müəllifi yazıçı-publisist Mustafa Çəmənli, müğənninin qohumu Mayıl Əliyev ölməz sənətkar haqqında xatirələrini tamaşıçılarla bölüşmüşlər.

Bədii  hissədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Əməkdar artistlər Elnur Zeynalov, Səbuhi İbayev, İlahə Əfəndiyeva və Elxan Mansurov, Afaq Ağayeva, Rəvanə Əmiraslanovanın, muzeyin Qədim Musiqi Alətləri Ansamblının solistləri, Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynovanın,  Azərbaycan Milli Konservatoriyasının tələbələri Orxan Hüseynli, Fərid İsgəndərov və Hikmət Abdullayevin ifalarında konsert proqramı təqdim olunmuşdur.   

Muzeyin direktoru Alla Bayramova Misir Ərəb Respublikasının  Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən Misir Ali Təhsil Nazirliyinin Fəxri medalını ansamblın solisti, Əməkdar artist Nuriyyə Hüseynovaya təqdim etdi.    

XƏBƏRLƏR

15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub
11.09.2019 17:30
Mədəniyyət naziri Rusiya nümayəndə heyətini qəbul etdi
11.09.2019 16:20
“Mədəniyyət naminə elm” layihəsi davam edir
11.09.2019 11:48
İspaniyalı turistlər Lənkəranın Xan sarayına baş çəkiblər
11.09.2019 11:21
Özbəkistanın nargis.uz portalında “Arşın mal alan” operettası haqqında məqalə verilib