Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4620

Xalq yazıçısı Çingiz Abdullayevin “Eramızın əzəlində sui-qəsd” əsərinin təqdimatı keçirildi

Aprelin 10-da “Four Seasons” hotelində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayevin yenidən nəşr olunmuş “Eramızın əzəlində sui-qəsd” (“Заговор в начaле эры”) əsərinin təqdimat mərasimi keçirildi. Əsər tanınmış ədibin 60 illik yubileyi ərəfəsində “Bank VTB (Azərbaycan)” tərəfindən nəşr olunub.

Mərasimdə dövlət rəsmiləri, ədiblər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

“Bank VTB (Azərbaycan)” İdarə heyətinin sədri Kirin Yevgeni Anatolyeviç çıxış edərək Çingiz Abdullayevin dünya şöhrətli yazıçı olduğunu bildirdi. Qeyd etdi ki, bir sıra ölkələrdə böyük oxucu auditoriyası olan yazıçı Rusiyada da çox geniş oxunur. Bu gün təqdim olunan kitab da müəllifin geniş oxucu kütləsi olan əsərləri arasında xüsusi yer tutur.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Çingiz Abdullayevi 60 illik yubileyi münasibətilə təbrik etdi, xoş diləklərini çatdırdı. Bildirdi ki, aprelin 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub: “Buna görə də mən böyük yazıçımızı təbrik edirəm. Çingiz Abdullayev Azərbaycanı dünya miqyasında tanıdan, təbliğ edən şəxsiyyətlərimizdəndir. Müxtəlif xarici ölkələrdə səfərdə olduğum zaman hər hansı bir mehmanxanada balaca bir kitab guşəsi varsa, orada Çingiz Abdullayevin bir kitabına rast gəlmək olur. Bu da o deməkdir ki, Azərbaycan ədəbiyyatı öz hüdudlarını aşaraq dünya səviyyəsində təqdim edilir, rəğbətlə qarşılanır”.

Əbülfəs Qarayev ədibin yubileyi ərəfəsində geniş oxucu auditoriyası olan əsərinin yenidən nəfis şəkildə nəşr olunmasını yüksək dəyərləndirdi. Buna görə “Bank VTB (Azərbaycan)”a öz minnətdarlığını ifadə etdi. Vurğuladı ki, bu bankla bir neçə ildir ki, bizim yaxşı əlaqələrimiz var və bir sıra layihələrdə yaxından iştirak edirlər.

Nazir sonda bir daha Çingiz Abdullayevi təbrik edərək yeni yaradıcılıq uğurları arzuladı.

AYB-nin sədri, Xalq yazıçısı Anar və Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Çingiz Abdullayevin həyat və yaradıcılığından, onunla dostluq münasibətlərindən söz açdılar. Qeyd olundu ki, dünya şöhrətli yazıçının əsərləri milyondan çox tirajla çağ olunaraq müxtəlif ölkələrdə oxucuların rəğbətini qazanıb. Yubilyara xoş arzularını dilə gətirən natiqlər yazıçıdan bundan sonra da neçə-neçə gözəl əsərlər yazmağı gözlədiklərini bildirdilər.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da yazıçını yubileyi münasibətilə təbrik etdi, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

Sonda çıxış edən Çingiz Abdullav yubileyi ərəfəsində onu “Şərəf” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, yazıçının əsas istəyi onun əsərlərinin oxunmasıdır: “Rəssam istəyir ki, əsərlərini hər kəs görsün. Bəstəkarın, şairin və bütün yaradıcı insanların istəyi birdir. Maraqlıdır ki, dünyada detektiv janrda kitabları 60, 70 faiz kişilər oxuyur. Mənim əsərlərimi isə, əksinə, 70 faiz qadınlar oxuyur”.

Çingiz Abdullayev vurğuladı ki, müəllif yazıçı olduğunu sübut eləməlidir: “Kitablar janr üzrə bölünmür. Mən bəzən eşidirəm barəmdə deyirlər bu, detektiv yazıçısıdır. Amma bu gün təqdim olunan əsərim tarixi romandır. Bu əsəri 14 ilə yazmışam. Tarixi romanlar belədir ki, gərək orada dəqiqlik olsun. Kitabın nəşrinə görə də “Bank VTB (Azərbaycan)”a öz minnətdarlığımı bildirirəm”.

Daha sonra yazıçı yeni nəşri tədbir iştirakçılarına hədiyyə etdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi