Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyinə həsr olunmuş “Mən günəş ürəkli Xəlil Rzayam”adlı ədəbi kompozisiya keçirib
20 oktyabr 2017-ci il tarixdə Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyinə həsr olunmuş “Mən günəş ürəkli Xəlil Rzayam” adlı ədəbi kompozisiya keçirib. Açıq havada təşkil edilən tədbirdə 32-dən çox şagird və rayon sakinləri iştirak edib.
Tədbirin əvvəlində fəal oxucuların ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva Xəlil Rza Ulutürkün həyat və yaradıcılığı haqqında danışıb. Qeyd edib ki, ən müxtəlif və ənənəvi mövzulardan yazanda belə azadlıq atəşi,coşqun azadlıq ehtirası Xəlil Rzanın poeziyasının aparıcı motivini təşkil etmişdir. Odur ki,Azərbaycan xalqının haqq səsi onun vətəndaşııq poeziyasından daim duyulmuş,xalqın milli duyğularını, milli bütövlüyünü tərənnüm etmişdir. Şəhər 1,3,4 №li tam orta məktəbin şagirdləri şairin şeirlərindən bəndlər söyləyiblər.
Sonda tədbir iştirakçıları “Mən günəş ürəkli Xəlil Rzayam ”adlı sərgi ilə tanış olublar.