Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2873

Regionlarda fəaliyyət göstərən mədəniyyət ocaqlarında Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalıda can qaldı” adı altında ədəbi-bədii kompozisiya keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Mingəçevir şəhər şəhid F.Qasımov adına Uşaq İncəsənət məktəbinin Rəssamlıq şöbəsi  şagirdlərinin Xocalı soyqırımına aid çəkdiyi rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edənlər Xocalı faciəsi haqqında iştirakçılara geniş məlumat verib. Bildirilib ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Sonda vurğulanıb ki, xalqımızın vətənpərvərliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyi nəticəsində tez bir zamanda işğal altında qalan torpaqlarımızı mütləq düşməndən azad ediləcək.

Tədbirin yekununda Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

*     *     *

Sabirabad rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar  “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirildi.                                       

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Yeni Güdəcühür qəsəbə klub icma mərkəzinin müdiri Səbinə İsmayılovanın aparıcılığı ilə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri iştirakçıların nəzərinə çatdırılıb.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması və təbliğinin önəmindən geniş söz açdı. Qeyd etdi ki, Xocalı soyqırımı erməni işğalçılarının azərbaycanlılara qarşı törətdiyi amansız faciədir. Hər bir kəs tarixi həqiqətləri təbliğ etməli, tariximiz unudulmamalı, daha geniş miqyasda təbliğ olunmalıdır.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin əlillərdən ibarət “Mübarizlər” teatrının kollektivi Xocalı faciəsini əks etdirən “Laçına məktub” kompozisiyası  ilə uşaqlar, şagirdlər və gənclər arasında maarifləndirmə işlərinin aparılması üçün gördükləri işdən danışdı. Həmçinin Mədəniyyət Mərkəzinin filiallarının maarifləndirmə aparılması üçün mütəmadi olaraq şagird və gənclərlə keçirdiyi görüşləri qeyd etdi.                                                     

Sonra Sabirabad rayon Mədəniyyət Mərkəzinin əlillərdən ibarət “Mübarizlər” teatrı kollektivinin ifasında rejissor Seyidməmməd Əliyevin hazırladığı Xocalı soyqırımına həsr olunmuş “Laçına məktub” adlı ədəbi-bədii kompozisiyası təqdim olundu.

Tamaşadan sonra faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Xocalı faciəsi əsrin faciəsidir” adlı guşəyə baxış keçirildi.

*     *     *

Şəkidə anım tədbiri: “Yaralanmış Qarabağdı Xocalı”

Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsi ağrılı, acılı yerimizdir. Bu faciə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu qətliam erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

Bu fikirlər Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəki şəhər Mədəniyyət Mərkəzi və Şəkinin Çələbixan məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən “Yaralanmış Qarabağdı Xocalı” adlı ədəbi-bədii kompozisiyada səsləndirilib.

Tədbirdə Xocalı məktəbinin direktoru Eldəniz Məhərrəmov, Mədəniyyət Mərkəzinin direktoru Aqəli Cəlilov, bədii rəhbər Rəşad Rüstəmov çıxış edərək, faciənin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar. Bildirilib ki, dünya tarixinə nəzər salsaq, bir çox faciələrin baş verdiyinin, kədərli hadisələrin yaşandığının şahidi oluruq. Erməni millətçilərinin öz havadarlarının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliam isə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət, qanlı terror hadisəsi idi.

Tədbirdə Mədəniyyət Mərkəzinin musiqiçilərinin ifasında muğamlar, bayatılar səsləndirilib, Xocalı şəhər 3 saylı və Şəki şəhər 5 saylı tam orta məktəblərin şagirdləri “Xocalım, ay Xocalım”, “Xocalı harayı” şeirlərini ifa ediblər.

*     *     *

İsmayıllı rayonunda  Xocalı faciəsində həlak olmuş insanların xatirəsinə həsr olunan yürüş  keçirilmişdir.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində faəliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü  ilə əlaqədar tədbir keçirilmişdir.

Mərkəzin foyesində  qurulmuş  stenddə  soyqırımı əks etdirən foto-şəkillərlə yanaşı Heydər Əliyev Mərkəzi və İsmayıllı Dövlət Rəsm Qalareyasının rəssamlıq  dərnəyinin üzvlərinin   Xocalı   haqqında  çəkdikləri  rəsm  əsərləridə  nümayiş olunmuşdur.

İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət  göstərən   Xalq teatrı  tərəfindən  hazırlanan Xocalı faciəsinə  həsr   olunmuş   “Qisas  gecəsi”  adlı tamaşa nümayiş olunmuşdur.

*      *      *

Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də ümumşəhər tədbiri “Xocalı” abidəsinin önündə keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyublar.

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.

Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompazisiya nümayiş etdirilib. 

*     *     *

Neftçala rayon Heydər Əliyev Mərkəzində Neftçala şəhər 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Xocalı harayı" adlı anım tədbiri keçirildi.

Mədəniyyət işçiləri və məktəb kollektivinin birgə dəstəyi ilə keçirilən tədbirdə şagirdlər faciəni əks etdirən şeir kompozisiyaları və səhnəciklərlə çıxış etdilər.

Biləsuvarda təşkil olunmuş tədbirdə dövlət orqanlarının nümayəndələri, təhsil işçiləri və rayon sakinləri iştirak etmişlər.

Sonra Mədəniyyət müəssisələrinin özfəaliyyət dərnəklərinin hazırladıqları kiçik tamaşa və lirik musiqi nömrələri təqdim olundu.

Salyan rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar ''Ədalət harayımız Xocalı'' adlı anım tədbiri keçirildi.

Tədbirdə 1, 2 və 7 saylı məktəblərin şagirdləri, müəllimlər və ziyalılar iştirak etdilər. Şagirdlər şeir kompozisiyaları ilə çıxış etdilər. Mərkəzin “Gənc Heydərçilər” dərnəyinin rəhbəri Aynur Hüseynova Xocalı faciəsini tarixi faktlarla iştirakçılara xatırlatdı. Sonda 1 saylı məktəbin 5-ci sinif şagirdi Xanım Bəşirlinin rəsmlərindən ibarət sərgi təqdim olundu.

*     *     *

Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində Ağcabədi Regional Mədəniyyət İdarəsi tərəfindən Xocalı Soyqırımının 28-ci ildönümü münasibətilə Anım tədbiri keçirildi.

Tədbiri Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev açaraq əsrin faciəsi olan Xocalı soyqırımı haqqında geniş məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında çıxış edənlər – Mədəniyyət Mərkəzinin işçisi Gündüz Nəcəfov, Ağcabədi Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi MKS-in direktoru Məhəbbət Əliyeva, MKS-in direktor müavini Təranə Məmmədova, Ağcabədi Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ədil Həsənov və Qarabağ Muğam Mərkəzinin rejissoru Məzahir Mehtiyev 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni vəhşilərinin Sovet ordusunun 366-cı moto atıcı hərbi birləşmələrinin köməkliyi ilə Xocalıda misli görünməmiş ağır cinayətdən, xalqımıza qarşı həyata keçirilən soyqırım aktından söz açmışlar. 2 saata yaxın davam edən Anım tədbirinin sonunda Xocalı dəhşətlərini, Xocalı soyqırımını özündə əks etdirən film nümayiş olunmuşdur.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi