Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2230

Xoreqrafiya Akademiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının kolleci ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Tədbirdə mədəniyyət və ictimai xadimlər, xarici ölkələrin diplomatik nümayəndələri, mətbuat nümayəndələri və akademiyanın professor-müəllim heyəti iştirak edib.

Konsertin əvvəlində ümummilli lider Heydər Əliyevin mədəniyyətə, incəsənətə, xüsusilə də xoreoqrafiya sənətinə, balet və milli rəqs sahəsində çalışan sənət adamlarına diqqət və qayğısından danışılıb və keçirilən konsertin Heydər Əliyev şəxsiyyətinə, onun ölçüyəgəlməz xidmətlərinə olan hörmət və ehtiramın mücəssəməsi olduğu qeyd edilib.

Konsertdə Əməkdar artist Sənan Hüseynlinin quruluş verdiyi “Qazağı” xalq rəqsi, Əməkdar artist Tamilla Məmmədovanın quruluş verdiyi Qara Qarayevin “Yeddi gözəl” baletindən “Şərq” rəqsi, Xalq artisti Yusif Qasımovun quruluş verdiyi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından rəqs, Xalq artisti Kamilla Hüseynovanın quruluş verdiyi Şarl Qunonun “Faust” operasından variasiya, Əməkdar müəllim Pullumb Aqallıyayın V. A. Motsartın musiqisinə quruluş verdiyi “Divertisment”, Əməkdar artist Eteri Cəfərovanın quruluş verdiyi “Tənhalığın tanqosu” müasir rəqs, Elza İbrahimovanın “Gecələr bulaq başı” mahnısı əsasında Əməkdar artist Səbinə Qasımovanın quruluş verdiyi rəqs, Xalq artisti “Şöhrət” ordeni kavaleri Roza Cəlilovanın quruluş verdiyi Emin Sabitoğlunun “Ağ çiçəyim” rəqsi, Əməkdar mədəniyyət işçisi Sergey Boqdanovun quruluş verdiyi Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletindən Poladın variasiyasından rəqs parçası, eləcə də müəllim-xoreoqraflar Cəmilə Musayevanın, Yelena Çernousovanın, baş müəllim Mehriban Nəzərovanın quruluşunda bir sıra rəqs parçaları akademiyanın tələbələri tərəfindən ifa olunub. 

 Konsert böyük maraqla və alqışlarla qarşılanıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi