Yay mövsümünə keçidlə əlaqədar Astara Mərkəzi kitabxanasında “Açıq kitabxana” fəaliyyətə başlamışdır.
Gün uzunu davam edən xidmət zamanı insanların sərbəst kitab oxuması üçün mütaliə stolu da təşkil olunmuşdur.Azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də daha yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə təşkil olunmuş “Açıq kitabxana” insanların asudə vaxtının səmərəli keçirilməsi baxımından çox əhəmiyyətlidir. Təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, mədəniyyət və incəsənəti, bədii ədəbiyyata dair Azərbaycan, türk, rus və ingilis dillərində kitablar, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatı geniş yer tutur.
Yay mövsümü ilə əlaqədar Astara rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Dənizkənarı Park-Bulvarda səyyar kitabxana xidməti təşkil edilib.
Rayon əhalisinin kitaba və mütaliəyə olan marağını artırmaq məqsədi ilə təşkil edilən tədbirdə iştirakçılara müxtəlif kateqoriyalara aid kitablar təqdim olunub.