Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1920

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başlayıb

İyunun 27-də Bakı Konqres Mərkəzində UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başladı. İyulun 4-dək davam edəcək forum Mədəniyyət Nazirliyi, UNESKO-nun Dünya İrs Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz (ICCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Forumu Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev açaraq bildirdi ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Nazir Azərbaycan- UNESKO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğuladı. Bildirdi ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi Azərbaycanın UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Nazir qeyd etdi ki, UNESKO-nun Dünya İrs Konvensiyasına uyğun olaraq Dünya irsi siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən mindən çox abidə daxildir. Dünya İrsi Mülkiyyətinin daha səmərəli qorunmasına nail olmaq üçün Dünya İrsi Abidə Menecerləri Forumu böyük önəm daşıyır. Bu forum yeni təşəbbüs kimi 2017-ci ildə Polşanın Krakov şəhərində başlayıb və artıq üçüncü dəfədir keçirilir. Forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın nümayəndə iştirak edir. Abidə menecerləri tədbir günlərində bir sıra iclaslarda və yığıncaqlarda iştirak edəcəklər.

Əbülfəs Qarayev həmçinin vurğuladı ki, Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya irsi siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur. Hazırda Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.  

Nazir bildirdi ki, Hirkan milli parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsini vahid məkan kimi təqdim etmək istəyirik. Bu, gələcəyin məsələsidir. Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir”.

Əbülfəs Qarayev Abidə Menecerləri Forumunda dünyada mədəni irsin qorunması üçün əhəmiyyətli müzakirələrin aparılacağına ümidvar olduğunu vurğulayaraq tədbirin işinə uğurlar arzuladı.

Tədbirdə UNESKO- nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək mədəni irsin qlobal mahiyyətindən bəhs etdilər. Abidə Menecerləri Forumunun yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından önəmi vurğulandı.

Daha sonra Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (İCCROM) baş direktoru Uebber Ndoronun forum iştirakçılarına ünvanlanmış videomüraciəti təqdim olundu.

Qeyd edək ki, Abidə Menecerləri Forumunun gündəliyinə dünya irsi və “Dayanıqlı İnkişaf – 2015” idarəetmə sənədi ilə tanışlıq, mədəniyyət mənzərələri və dünya irsinə konservativ tətbiqlərə dair əsas təqdimat və digər mövzular daxildir.

Forum iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Qobustan” Milli Tarixi-Bədii Qoruğu və digər tarixi-mədəni məkanları ziyarət edəcəklər. 

İyulun 2-də iştirakçılar Dünya İrs Komitəsinin 43-cü sessiyasında xüsusi bəyanatla çıxış edəcəklər.

XƏBƏRLƏR

09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir