Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1240

YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir

Cari ilin 18 aprel tarixində Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, “Bakı Prosesi” beynəlxalq işçi qrupunun katibi Vasif Eyvazzadə YUNESKO baş qərargahında keçirilən qurumun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə”nin həyata keçirilməsi ilə bağlı iclasında iştirak etmişdir. Tədbir çərçivəsində V.Eyvazzadə və Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində fəaliyyəti və “Bakı Prosesi”nin tarixi və əhəmiyyətinə dair təqdimatla çıxış etmişdirlər.

Daha sonra V.Eyvazzadə YUNESKO baş direktorunun müavini Nada Al-Naşif və təşkilatın mədəniyyətlərarası dialoqa cavabdeh olan departamentinin əməkdaşları ilə görüş keçirdi.

Görüşdə Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov həmin gün keçirilən Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihəyə həsr olunan tədbirdə Azərbaycana xüsusi yer ayrıldığına görə Nada Al-Naşifə təşəkkür etdi və ölkəmizin “Bakı Prosesi” çərçivəsində YUNESKO ilə sıx əməkdaşlıqdan məmnun olduğunu bildirdi.

Vasif Eyvazzadə ötən 10 il müddətində “Bakı Prosesi”nin qlobal hərəkata çevrilməsində YUNESKO-nun dəstəyinə görə təşəkkür edərək növbəti mərhələdə bu beynəlxalq təşəbbüsün prioritetləri barədə məlumat verdi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq “Bakı Prosesi”nin 10 illiyinə həsr olunan tədbirlərin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatının keçirilməsinə başlanıldığını diqqətə çatdırdı. Nada Al-Naşif YUNESKO-nun Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu və “Bakı Prosesi”ni mədəniyyətlərin dialoqu üçün əsas platforma kimi gördüklərini qeyd etdi.

Daha sonra növbəti il üçün əsas plan və layihələr barədə müzakirə aparıldı.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib