Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
14.05.2022 21:02
V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatıbAzərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mayın 14-də başa çatıb. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuşdur. Festivalın bağlanış konsertində Ankara Türk Dünyası Musiqisi və Xalq Rəqsləri Ansamblı, “Melitassi” Folklor Rəqs Ansamblı (Gürcüstan) və Azərbaycan Dövlət Rəqs Ansamblı milli musiqi sədaları altında çıxış ediblər. Üç gün davam edən sayca beşinci festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-dən 14-dək Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir. ..
14.05.2022 19:54
Misirli ifaçı: Şuşada keçirilən bu möhtəşəm festivalda çıxış etmək mənim üçün böyük şərəfdirİlk dəfədir Azərbaycana səfər edirəm. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən bu möhtəşəm festivalda çıxış etmək mənim üçün böyük şərəfdir. Bu fikirləri V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının iştirakçısı misirli ifaçı Hamza Namira deyib. “Festival zamanı xüsusilə Şuşanın gözəlliyinə və burada səslənən Azərbaycan musiqisinə heyran oldum. Ölkənizin mədəniyyəti və musiqisi barədə daha çox məlumat almaq istəyirəm. Mənim festivaldakı ifam dünyanın müxtəlif ölkələri arasında sülhün, sabitliyin, qarşılıqlı anlaşmanın təmin olunmasına bir mesaj idi. Musiqinin ərəb dilində olmasına baxmayaraq inanıram ki, festival iştirakçıları bu musiqinin ötürdüyü hissi və mesajı başa düşdülər”,- deyə ifaçı bildirib. ..
14.05.2022 19:43
“Xarıbülbül” festivalında doqquz ölkəni təmsil edən musiqiçilər çıxış edibAzərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı çərçivəsində üç gündür ki, möhtəşəm musiqi bayram keçirilir. Builki festival beynəlxalq miqyasda keçirilməsi ilə əlamətdardır. Doqquz ölkədən qonağımız vardı. Proqram isə olduqda rəngarəng və əsrarəngiz çıxışlarla zəngin idi. Bunu jurnalistlərə mədəniyyət naziri Anar Kərimov söyləyib. Artıq ikinci ildir festivalın Şuşada qeyd olunduğunu diqqətə çatdıran nazir deyib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Şuşanı azad edib. Festival vasitəsilə həm şuşalılara, həm də bütün xalqımıza xoş günlər yaşadırıq. Bir daha festivalın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Ulu öndər Heydər Əliyevin və digər dahi şəxsiyyətlərimizin ruhu şaddır. Çünki onlar çox istəyirdi ki, festival yenidən Şuşada keçirilsin. Dövlət başçısı da bu vəsiyyəti yerinə yetirdi”. ..
14.05.2022 18:34
Tanınmış misirli musiqiçi “Xarıbülbül” festivalında çıxış edibXəbər verdiyimiz kimi, Şuşada davam edən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında müxtəlif ölkələrdən kollektiv və ifaçılar iştirak edir. Mayın 14-də dahi bəstəkar Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki heykəlinin qarşısında qurulan kiçik səhnədə festivalın misirli qonağı, müğənni, bəstəkar, multiinstrumentalist Həmzə Namirə (Hamza Namira) konsert proqramı ilə çıxış etdi. Konserti dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri izləyirdi. Proqramda musiqiçinin ifasında “Mawlood sanat 80”, “Estaezo”, “Setta Sabahan”, “Malesh” və digər Misir mahnıları səsləndi. Onun ifası alqışlarla qarşılandı. Qeyd edək ki, Həmzə Namirə müasir ərəb musiqisinin məşhur simalarından biridir. Öz nəslinin üzləşdiyi bir sıra dilemmalardan yaxşı xəbərdar olan ifaçı yaradıcılığında Misir ənənəvi və xalq musiqisi, pop, rok və caz vasitəsilə bu mövzulara emosional və əhatəli şəkildə müraciət edir. 4 albom buraxan musiqiçinin mahnıları ərəb dünyasında böyük uğur qazanıb. ..
14.05.2022 16:30
Orxan Alptekin: Azərbaycan və Türkiyə qardaşlığı əbədi yaşayacaqTarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız arasındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bu fikirləri V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının iştirakçısı Ankara Türk Dünyası Musiqisi və Xalq Rəqsləri Ansamblının bədii rəhbər köməkçisi Orxan Alptekin deyib. Müqəddəs Qarabağ torpaqlarında 30 ilin həyəcanını, həsrətini və xoşbəxtliyini yaşadığını söyləyən O.Alptekin Şuşada olmasından qürur hissi keçirdiyini söyləyib: “Şuşada Azərbaycan bayrağının dalğalandırılması, 30 il əvvəl olduğu kimi yaşamaq həqiqətən də insana böyük xoşbəxtlik verir. Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır! Azərbaycan hər zaman yaşayacaq. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə qardaşlığı əbədi yaşayacaq”. ..
14.05.2022 16:18
“Xarıbülbül” festivalında ölkəmizin folklor kollektivləri səhnəyə çıxıbMayın 14-də Şuşada başlayan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı rəngarəng proqramla davam edir. Festival Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə gerçəkləşir. Mayın 14-də Cıdır düzündəki böyük səhnədə ölkəmizin folklor kollektivlərinin konserti keçirildi. Konserti tamaşaçıları arasında dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri var idi. Konsertdə “Qorqud” folklor ansamblı (Bakı), xanəndə Rəvan Qaçayev, “Halay” xalq folklor qrupu (Masallı), “Nənələr” ingiloy folklor qrupu (Balakən), “Adıgün” axıska türklərinin folklor qrupu (Saatlı), aşıq Elman Talıstanlı (İsmayıllı), “Cahan” avar folklor qrupu (Balakən), “Çeşmə” folklor ansamblı və “Hudulki” avar rəqs qrupu (Zaqatala) bir-birindən rəngarəng ifaları ilə çıxış etdilər. Kollektivlərin ifasında “Lolo”, “Ləli”, “Halay”, “Şuşanın dağları”, “Çərkəz” rəqsləri, “Nonon bay” mahnısı, “Ordubadi”, “Şirvan gözəlləməsi” aşıq havaları, “Ey vətən! Süsən gülü” aşıq mahnısı, avar xalq rəqsi, digər mahnılar və rəqslər alqışlarla qarşılandı. Xatırladaq ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. 1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. Festivalda Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qrupları iştirak ediblər. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyətə görə əsas konsertlər Ağdamda təşkil edilib. 1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən nümayəndələr qatılıb. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub. Dördüncü festival 1992-ci ilin mayında keçirilməli idi. Dünyanın 30-dan çox ölkəsindən qonaqlar dəvət edilmişdi. Həmin ilin 8 mayında Qarabağın baş tacı Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra təşkilat komitəsi festivalı ləğv etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra, 2021-ci ilin mayında “Xarıbülbül” festivalı yenidən əzəli məkanına – Şuşaya qayıtdı. Yağıdan qurtulan qala-şəhərimizdə ilk festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşdi. Bu il isə “Xarıbülbül” sənət şöləni yenidən beynəlxalq folklor festivalı formatında davam edir. ..
14.05.2022 15:43
Türkiyəli sənətçi: Özünəməxsus ənənələri olan Şuşada belə bir festivalın keçirilməsi onun adına layiqdirŞuşada keçirilən V “Xarıbülbül” festivalı davam edir. Festivalın iştirakçıları arasında müxtəlif ölkələrdən gələn mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, qardaş Türkiyədən gələn sənətçilər də var. Ankara Türk Dünyası Musiqisi və Xalq Rəqsləri Ansamblının üzvi Hande Şuvak Şuşa şəhəri haqqında təəssüratlarını öyrənib. -Şuşa doğrudan da möhtəşəmdir. Təbiət bu yerlərdən heç nəyini əsirgəməyib: zümrüd meşələri, vüqarlı dağları, yaylaqlar, yamyaşıl Cıdır düzü, “Topxana” meşəsi, Daşaltı çayı, Üçmıxın sinəsindəki rəngbərəng çiçəklər... İgid Azərbaycan oğlanlarının böyük şücaəti, misilsiz qəhrəmanlığı hesabına azad edilmiş tarixi şəhər, yaşıl don biçilmiş Cıdır düzü çal-çağır meydanına çevrilib. Şuşaya ilk gəlişim olsa da, onu çox sevdim. Burada olmaqdan çox qürurluyam. Şəhəri gəzərkən müharibənin onun sinəsinə vurduğu yaraları, dağıntıları hiss etdim. Belə gözəl şəhərə adamın necə əli qalxar? Təəssüf ki, insani duyğulardan, bəşəri hisslərdən uzaq olan işğalçı xalqın nümayəndələri bu gözəllikləri söküb dağıtmaqla məşğul olublar. Elə mənzərələr gördüm ki, özümü ağlamaqdan güclə saxladım... O, folklor festivalı haqqında da fikirlərini bölüşüb: “Festival gözəl keçir. Dağlarda əks-səda verən çal-çağır səsi ürəkləri riqqətə gətirir. Burada səslənən muğam, mahnı və təsniflər, Azərbaycanda yaşayan xalqların nümayəndələrinin ifa etdikləri musiqi nömrələri bir-birindən xoş təsir bağışlayır. Bu yurdun hər qarışı uğrunda qan tökülüb, igidlər canlarını qurban verib. Ona görə də bu torpaq bizim üçün daha da müqəddəsləşib, əziz və qiymətli olub. Şuşa Azərbaycan xalqının tarix və mədəniyyətinin ayrılmaz bir parçası olmaqla yanaşı, indi həm də qəhrəmanlıq və rəşadət tarixinin bir parçasına çevrilib. Mədəniyyət paytaxtı elan edilən şəhərdə keçirilən bu festivalda keçmiş ənənələr dirçəldilməklə yanaşı ona yeni çalarlar da əlavə olunur. Özünəməxsus ənənələri olan şəhərdə belə bir festivalın keçirilməsi də onun adına layiqdir”. ..
14.05.2022 15:32
Əsəd Karaca: Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidirQarabağa, Şuşaya birinci dəfədir səfər edirəm. Azərbaycanın İkinci Qarabağ savaşındakı mücadiləsini böyük həyəcanla izləyirdik. Nəyinki mən, bütün Türkiyə hər gün Azərbaycan əsgərinin döyüş meydanında qazandığı qələbəni böyük qürurla qeyd edirdi. Eşitdiyimiz qələbə xəbərləri bütün Türkiyədə sevinclə qarşılanırdı. Şükürlər olsun ki, bu müharibə Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Bu fikirləri V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının iştirakçısı türkiyəli sənətçi Əsəd Karaca söyləyib. Azərbaycan torpaqlarının 30 ilə yaxın düşmən tapdağı altında qaldığını söyləyən türkiyəli sənətçi deyib: “Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı sinəsinə daş basıb bu zülmə də, bu dərdə də dözdü, bir gün işğal olunmuş torpaqlarının yenidən qaytarılacağı ümidi ilə yaşadı. Nəhayət 44 günlük Vətən müharibəsi Azərbaycanın 28 illik həsrətinə son qoydu. Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Beləliklə, Azərbaycanın qədim şəhərinin işğaldan azad edilməsi ilə həlledici üstünlüyə nail olundu. Tam qətiyyətlə deyirəm ki, Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir”. O, Azərbaycanda özlərini doğma evlərindəki kimi hiss etdiklərini bildirib: “Şuşada qardaşlarımızla bir yerdəyik. Belə bir festivalda iştirak etdiyimizə görə çox sevincliyik. Bu axşam Türkiyəyə qayıdacağıq. Amma ağlımız, könlümüz burada olacaq. Çünki buranın təbii gözəlliyindən əlavə, gözəl insanları ilə bir yerdə olmaq bizi çox qürurlandırdı. İnşallah qismət olarsa buraya yenə gələrik. Azərbaycan dünyada öz sözünü demiş, hünərini göstərmiş, nəyə qadir olduğunu sübut etmiş bir ölkədir. İnanırıq ki, bu ölkə daha da yüksələcək, daha da inkişaf edəcək. Bu bölgənin, bu coğrafiyanın sülh içində olmasını istəyirik. Yaxşı ki, varsınız, yaxşı ki, Azərbaycandayıq...” ..
13.05.2022 19:18
Ziyoda Mədrəhimova: Belə bir mötəbər festivalda iştirak etmək bizim üçün böyük şərəfdirBu, mənim Azərbaycana ilk səfərim deyil - 30 il əvvəl biz qədim Odlar diyarına qastrol səfərinə gəlmişdik. Lakin Şuşada ilk dəfədir oluruq. “Xarıbülbül” kimi mötəbər beynəlxalq folklor festivalında iştirak etmək bizim üçün böyük şərəfdir. Bu barədə Özbəkistanın “Bahor” Dövlət Xalq Rəqs Ansamblının bədii rəhbəri, baş xoreoqrafı, Özbəkistanın Əməkdar artisti Ziyoda Mədrəhimova deyib. “Düzünü desəm, Şuşa şəhərində gördüyümüz dağıntılar ürəyimi ağrıtdı. Azərbaycan öz ata-baba torpaqlarını işğaldan azad edəndə çox sevindik”, - deyə Z.Mədrəhimova əlavə edib. ..