Heydər Əliyev Sarayı

Heydər Əliyev Sarayı — 1972-ci il dekabrın 14-də qapılarını tamaşaçıların üzünə açmışdır. Həmin gün bu möhtəşəm Sarayın səhnəsində ilk böyük – qala konsert keçirilib. Konsertdə Respublikanın adlı-sanlı, görkəmli incəsənət ustaları iştirak ediblər. O zamandan Sarayının səhnəsində– Türkiyə, Yuqoslaviya, Çexoslovakiya, İngiltərə, ABŞ kimi böyük ölkələrdən, SSRİ-nin bütün regionlarından incəsənət xadimləri çıxış ediblər. Artıq 30 ildir ki, ən mühüm Beynəlxalq əhəmiyyətli, Respublika miqyaslı, Dövlət səviyyəli ictimai–siyasi, mədəni–kütləvi tədbirlər Heydər Əliyev Sarayında keçirilir.
Sarayın adı ilk öncə Lenin sarayı, sonra Respublika saray, 10 mart 2004-cü ildən isə Heydər Əliyev adına saray olub. Bir qədər əvvəl bütün texniki avadanlıq – səhnənin qalxıb enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartör lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün ABŞ, Kanada və Yaponiyadan gətirilmiş müasir, dünya standartlarına uyğun işıq və səs texnikası qurulmuşdur.

 

(+99412) 4937287
(+99412) 4939719

 

Beynəlxalq Muğam Mərkəzi

Azərbaycan Dövlət Filarmoniyası

FAYDALI KEÇİDLƏR