Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1547

Görkəmli Azərbaycan rəssamı Həsən Haqverdiyevin 100 illik yubileyinə həsr olunmuş “Davam" adlı sərgi keçiriləcəkdir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il oktyabr ayın 24-dən 28-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında görkəmli Azərbaycan rəssamı Həsən Haqverdiyevin 100 illik yubileyinə həsr olunmuş “Davam" adlı sərgi keçiriləcəkdir.  

Sərginin açılışı 2017-ci il oktyabr ayının 24-də, saat 18:30-da baş tutacaqdır.

Sərgidə Həsən Haqverdiyevin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, ailə və digər şəxsi kolleksiyalardan seçilmiş əsərləri ilə yanaşı böyük sənətkarın yaradıcılıq yolunu davam etdirən, Haqverdiyevlər ailəsindən olan Əli, Hüseyn, Saida, Ucal, Yelena, Butunay, Sabina və Fərhadın yaradıcılığına aid əsərlər də nümayiş olunacaqdır.

Həsən Əli oğlu Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində anadan omuşdur. O, 1931-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. Həsən Haqverdiyev 1933-cü ildə öz məktəb yoldaşları T.Tağıyev, K.Xanlarov və başqaları ilə birlikdə ilk dəfə Azərbaycan rəssamlarının Respublika sərgisində iştirak etmişdir. O, Respublika rəssamlıq sərgisində “Gitara çalan oğlan”, “Qoca portreti” , “İçərişəhər motivləri” adlı etüdlərini nümayiş etdirmişdir. Həsən Haqverdiyev  “Balaca çoban”(1959), “Çoban qız” (1964), “Dağ yolu”, “Yaylaqda” (1965) kimi tablo və mənzərələrin müəllifi olmuşdur. Rəssamın sülh mövzusunda işlədiyi əsərlərindən “Sülh üçün” (1965) tablosunu qeyd etmək olar. Rəssam Azərbaycan qadınına həsr etdiyi “Oyanma” (1970) tablosunu  və uşaq aləmi, psixologiyası ilə bağlı “Balaca rəssam” (1966), “İlk söz” (1970) kimi tablolarının müəllifidir. Rəssamın rəsmlərinə “A.S.Puşkinin A.S.Qriboyedovun cənazəsi ilə qarşılaşması” (1937), “Əzim Əzimzadənin portreti” (1939), “Zemfiranın portreti”, “Xanların dəfni” (1960), “Füzuli oğlunun şerini dinləyərkən” (1958), “Rəssamlarımız yaradıcılıq növbəsində” (1959) kimi əsərləri daxildir.

Həsən Haqverdiyev qrafika sahəsində də fəaliyyət göstərmişdir.O, 1959-cu ildə çəkdiyi “Ölkəyə 600 min ton pambıq verək” adlı plakatına görə Kiyevdə keçirilən Ümumittifaq siyası plakat sərgisində üçüncü dərəcəli diplomla mükafatlanmışdır. Rəssamı “Kuba deyir: Vətən ya ölüm!” (1961), “Sülh dostluq” (1962), “Qoy daim günəş olsun” (1964), “Amerika zindanlarında” (1971) və s. kimi plakatların müəllifidir. Həsən Haqverdiyevin tablolarından “1920-ci ilin baharı” (1970) qrafika üçün səciyyəvi olan kontur və cizgilərlə işlənmişdir. O, “Azərbaycan”, “Ulduz”, “Təşviqatçı”, “Azərbaycan qadını”, “Pioner” və “Göyərçin” jurnallarının bədii tərtibində yaxından iştirak etmişdir. Həsən Haqverdiyev Azərbaycan qrafikasında dostluq şarjı janrının əsas nümayəndələrindən olmuşdur. Rəssamın yaratdığı portretlər qalereyasına Qara Qarayev, M.İbrahimov, Niyazi, S.Rüstəm, F.Əbdürrəhmanov, M.Abdullayev, T.Salahov, S.Bəhlulzadənin obrazları daxildir.

Həsən Haqverdiyevin yaradıcılığına teatr-dekorativ sənəti xüsusi yer tutmuşdur. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan bir neçə əsərin bədii tərtibatını vermişdir. Rəssam “Yevgeni Onegin” və “Qaratoxmaq qız” operaları, C.Məmmədovun “Dan ulduzu” pyesi üçün çəkilmiş dekor eskizlərin müəllifidir. Rəssam K.Qoldoninin “İki ağanın bir nökəri” komediyasına, M.Təhmasibin “Rübailər aləmində” tarixi romantik dramına bədii tərtibatını vermişdir. Həsən Haqverdiyevin fərdi yaradıcılıq sərgisi 1967-ci ilin may ayında Bakıda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda keçirilmişdir.

XƏBƏRLƏR

16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq
11.01.2018 17:36
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar film nümayişlərinə start veriləcək
11.01.2018 15:31
Azərbaycan Milli Kitabxanasının direktoru Los Anceles şəhər kitabxanasının direktoru ilə görüşmüşdür
11.01.2018 09:53
İrəvan teatrı ötən ili uğurla başa vurub
11.01.2018 09:52
Ötən il tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub
11.01.2018 09:34
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunub
10.01.2018 18:14
Xalq artisti Elza İbrahimovanın xatirəsi anıldı
10.01.2018 17:21
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
10.01.2018 17:00
ABŞ-da vəfat etmiş məşhur pianoçu Çingiz Sadıxov Bakıda dəfn ediləcək
10.01.2018 16:17
“Air Arabia” aviaşirkətin jurnalında Bakı haqqında məqalə dərc olunub
10.01.2018 11:15
Azərbaycan Milli Kitabxanası ilə Kaliforniya Los Anceles Universiteti kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb
10.01.2018 09:43
“Aşıq musiqisi axşamları” - yeni möhtəşəm layihə
10.01.2018 09:16
Dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb