Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
20.11.2019 17:41
“Qalereya 1969”da iranlı rəssamın fərdi sərgisi açılıbNoyabrın 20-də “Qalereya 1969” sərgi salonunda İranın Təbriz şəhərindən olan rəssam Həmid Əminifarın fərdi sərgisi açılıb. Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin noyabrın 25-dək Bakıda keçirilən “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb. Həmid Əminifarın əsərlərinin dünyanın bir çox ölkələrində nümayiş olunduğunu deyən Qalib Qasımov rəssamın sərgisinin ölkəmizdə ilk dəfə təşkil edildiyini vurğulayıb: “Həmid Əminifar bu sənətə 16 yaşından başlayıb. Əsərlərində incəsənətin müxtəlif janrları öz əksini tapıb. Portret janrında çox maraqlı əsərləri var. Buradakı əsərlər xəttatlıq sənəti ilə müasir incəsənətin vəhdətini təşkil edir. O, əsərləri ilə ənənəvi və müasir incəsənət arasındakı dialoqu bizə çatdırır. Sərgilənən əsərlər “Quran”dan götürülən müxtəlif ayələr, klassik şairlərin poeziyasını əhatə edir”. Tanınmış rəssam, xanəndə Vədud Müəzzin sərgi barədə öz fikirlərini bölüşüb, fırça ustasına yaradıcılıq uğurları arzulayıb. Sonda çıxış edən Həmid Əminifar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək ölkəmizdə ilk dəfə sərgisinin təşkilindən məmnunluğunu ifadə edib. Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış olublar. Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə 2003-cü ildən etibarən ənənəvi keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi müxtəlif ölkələrdən rəssam və sənətşünasları bir araya gətirir. ..
20.11.2019 15:46
Sumqayıtın şəhər status almasının 70 illiyi münasibəti ilə tədbir keçirilibPrezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən Sumqayıt şəhərinin 70 illik yubileyi noyabrın 19-da təntənəli şəkildə keçirilib. Həmin gün saat 18:00-da Sumqayıt Dövlət Dram Teatrın qarşısındakı meydanda açıq havada Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil olunub. ..
20.11.2019 15:26
Şəkidə “Bölgə” teatr truppasının ilk regional görüşü təşkil olunubŞəki şəhər Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzində “Bölgə” teatr truppasının gənc mədəniyyət işçiləri ilə ilk regional görüşü təşkil edilib. Görüşdə Şəki şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın gənc mədəniyyət işçisi iştirak edib. Tədbirdə mərkəzin əməkdaşları Hüseyn Məmmədov truppanın yaranması, fəaliyyəti, Rəfiqə Nəsirovanın Azərbaycan teatrının tarixi, keçdiyi yol, eləcə də interaktiv səhnəciklər haqqında çıxışları dinlənilib. Qeyd edilib ki, heyəti gənc mədəniyyət işçilərindən ibarət “Bölgə” teatr truppası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə yaradılıb. Truppanın təqdimatı bu il mayın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilmış “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar çərçivəsində baş tutub. Truppanın bədii rəhbəri də mərkəzin gənc əməkdaşı Hüseyn Məmmədov təyin olunub. Teatr truppasının yaradılmasında başlıca məqsəd mərkəzin fəaliyyət istiqamətlərini genişləndirməklə teatr sahəsi üzrə də uğurlara imza atmaqdır. Şəki Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Elvin Qarayev, Mədəniyyət Mərkəzinin direktoru Ağəli Cəlilov, bədii rəhbəri Rəşad Rüstəmov çıxışlarında bildiriblər ki, teatr dünyanın ən unikal sənət sahələrindən biridir. Ümumilikdə bütün incəsənət sahələri insanın daxili aləminin əks olunmasına xidmət edir. Ancaq teatrın ehtiva etdiyi məqamlar daha dərin qatlara nüfuz edir. Canlı və dinamik məqamların vəhdətindən yaranan teatr nümunələri qısa zamana böyük bir həyat hekayəsini sığdıra bilir. Vurğulanıb ki, bu gün teatr sənətinə maraq göstərən insanların sayı minlərlədir. Yerli və dünya dramaturqlarının əsərlərinin səhnələşdirilməsi teatrsevərlərdə böyük rəğbət yaradır. Teatra göstərilən xüsusi diqqət və qayğı sayəsində bu sənətə olan maraq daha da artıb. Sonda vətənpərvərlik mövzusuna həsr olunmuş tamaşa nümayiş etdirilib. Gələcəkdə “Bölgə” truppası yerli və xarici dramaturqların əsərlərinə müraciət etməyi, müxtəlif regionlarda tamaşaları səhnələşdirməyi, yerli və beynəlxalq xarakterli festivallara qatılmağı planlaşdırır. ..
20.11.2019 14:45
Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində bir sıra ölkələrin rəsmiləri ilə görüşmüşdürUNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Parisdə səfərdə olan Mədəniyyət naziri Əbülfəs Qarayev İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi, Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo, Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço və Tunisin  Mədəniyyət naziri Mohamed Zin El Abidin  ilə görüşlər keçirmişdir. Görüşlərdə mədəniyyət və yaradıcı sənayelər sahələrində əməkdaşlıq məsələləri müzakirə edilmiş, əməkdaşlığın inkişaf perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və proqramlar barədə fikir mübadiləsi aparılmışdır. Nazir Əbülfəs Qarayev mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma olan “Bakı Prosesi” və onun çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları barədə məlumat vermişdir. İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset ilə keçirilmiş görüşdə nazir Əbülfəs Qarayev 2018-ci ildə Davos Forumu çərçivəsində keçirilən Mədəniyyət nazirlərinin Konfransında iştirak məqsədilə İsveçrəyə səfərini xatırlayaraq Forum çərçivəsində mədəniyyət sahəsinin iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi qəbul olunmasının rezonans doğurduğunu qeyd etmişdir. İsveçrə tərəfindən irəli sürülmüş Baukultur təşəbbüsünün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini bildirən Əbülfəs Qarayev hazırda bu istiqamətdə yaradıcı sənayelərin inkişafı ilə bağlı işlərin aparıldığını və İsveçrə innovasiya və yaradıcı sənaye sahələrində öndə gedən ölkələrdən biri olduğundan Azərbaycanın bu sahədə İsveçrə ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır. Nazir, həmçinin Azərbaycanla İsveçrə arasında əməkdaşlıq müqaviləsinin imzalanmasının və bu müqavilə əsasında fəaliyyət planının hazırlanmasının zəruri olduğunu qeyd edərək müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etmişdir. Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi ilə keçirilmiş görüşdə də iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün müqavilə-hüquq bazasının yenilənməsinin və bu məqsədlə əməkdaşlıq müqaviləsi və proqramının hazırlanmasının vacibliyi vurğulanmışdır. Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo ilə görüşdə Əbülfəs Qarayev Koreyanın yaradıcı sənaye sahəsində inkişaf etmiş ölkə olduğu və Mədəniyyət Nazirliyinin bu sahədə Koreya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir. Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço ilə görüşdə Əbülfəs Qarayev cari ilin dekabr ayında Kolumbiyada keçiriləcək UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycanın komitə üzvü kimi iştirak edəcəyini bildirmişdir. O, 2013-cü ildə sözügedən Komitənin iclasının Bakıda keçirildiyini qeyd edərək tədbirin təşkilində uğurlar arzulamışdır. Tunisin  Mədəniyyət naziri Mohamed Zin El Abidin ilə görüşdə Əbülfəs Qarayev cari ilin 17-19 dekabr tarixlərində “Tunis İslam Mədəniyyətinin Paytaxtı – 2019” Mədəniyyət ili çərçivəsində Tunisdə keçiriləcək Mədəniyyət nazirlərinin 11-ci İslam Konfransında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin iştirak edəcəyini bildirmiş və səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq proqramının razılaşdırılacağını qeyd etmişdir. Görüşlərin sonunda Əbülfəs Qarayev həmkarlarını 2020-ci ildə Bakıda keçiriləcək VII Bakı Beynəlxalq Humanitar Forumunda iştiraka dəvət etmişdir. Nazir Əbülfəs Qarayev Forum çərçivəsində Burkina-Faso, İspaniya, Braziliya, Çin, Menteneqro və digər ölkələrin nazir və nazir müavinləri ilə müzakirələr aparmışdır. ..
20.11.2019 14:35
Milli Kitabxanada Xalq yazıçısı Elçinin kitablarının təqdimatı keçiriləcəkNoyabrın 22-də Milli Kitabxanada Xalq yazıçısı Elçinin “Baş” romanının, “Qırx Beş. Seçilmiş hekayələr”, “Daha dərin qatlara. Seçilmiş məqalə və esselər”, “Mənə niyə gülürlər” kitablarının təqdimat mərasimi keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşacaq. ..
20.11.2019 14:20
Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublarÖzbəkistan Kino Həftəsi çərçivəsində ölkəmizə səfər edən özbək nümayəndə heyəti Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qonağı olub. Görüşdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan sıx əlaqələrdən və eləcə də gələcəkdə birgə əməkdaşlıq məsələlərindən danışıb. Özbəkistanlı nümayəndə heyəti də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar və gələcəkdə baş tutacaq birgə layihələri müzakirə ediblər. Sonda qonaqlara “Azərbaycanfilm” kinostudiyası adından xatirə hədiyyələri təqdim olunub.  ..
20.11.2019 14:16
“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı olubBu dəfə dünyanın 17 ölkəsindən 40-dan çox xarici rəssam dəvət edilib. Azərbaycandan isə biennaledə 30-dək rəssam iştirak edir. Onlar biennale çərçivəsində görüşüb öz əsərlərini nümayiş etdirəcək və bəşəriyyəti düşündürən suallara birlikdə cavab tapmağa çalışacaqlar. Bu da onu göstərir ki, həqiqətən Azərbaycanda müasir incəsənət sahəsində görülən işlər öz bəhrəsini verib və bizim ölkə dünya səviyyəsində bir mədəniyyət ölkəsi kimi tanınır, qəbul edilir. Bu sözləri noyabrın 20-də Şirvanşahlar Sarayında “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı və layihələrin təqdimatı mərasimində Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov deyib. Bildirib ki, noyabrın 20-dən 25-dək Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin keçiriləcək. Onun sözlərinə görə, biennalenin strateji hədəfi müasir incəsənətin inkişafı, xarici ölkələrdə müasir incəsənət sahəsində baş verən yenilik və təmayüllərin Azərbaycanla uzlaşdırılması və rəssamlar arasında dialoq yaradılmasıdır: “”. Sonra İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova və biennalenin kuratoru Dilara Vahabova çıxış ediblər. Çıxışlardan sonra qonaqlar ekspozisiyalarla tanış olublar. Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak edirlər. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır. Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq. ..
20.11.2019 12:21
Şuşa Dövlət Musiqili Dram Teatrı daha bir premyeraya hazırlaşırCəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq Şuşa Dövlət Musiqili Dram Teatrın yaradıcı heyəti müəllifin “Anamın kitabı” əsərini tamaşaya hazırlayıb. Tamaşanın premyerası noyabrın 22–də və 23–də teatrın binasında olacaq. Səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Rolları Xalq artisti Şükufə Musayeva, aktyorlardan Xanirə İsgəndərova, Mir Qabil Əkbərov, Nihad Heybətov, Türkay Cəfərli, Dürdanə Dünyamalıyeva, Rasəf Mehdiyev, Bahar Həmzəyeva, Təranə Əliyeva, Emin Sevdiməliyev, Gündüz Qasımov, Aybəniz Cahangirova, Zahid Mehdiyev və Asif Əhədov ifa edirlər. ..
20.11.2019 12:11
Növbəti birgə səyyar təlimlər GöyçaydaMədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni tədris modulları əsasında təlimlər təşkil edir. Bu günə qədər Bakı, Lənkəran, Şamaxı, Gəncə və Gədəbəydə müxtəlif ixtisasartırma kursları uğurla həyata keçirilib. Təlimlərin qısa müddətdə daha da səmərəli keçirilməsini təmin etmək məqsədilə, Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi oktyabr-dekabr aylarında mədəniyyətin səyyar briqadalarından istifadə etmək qərarına gəlib. Göyçay rayonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları silsilənin növbəti qısamüddətli təlim keçirilib. Respublikamızda reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri də mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin artırılmasıdır. Tədbirdə “Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları”, “Mədəniyyət evlərinin müasir fəaliyyət növləri”, “Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları”, “Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər” mövzularda təlimlər təqdim edilib. Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, növbəti dəfə səyyar briqadalar Tovuz rayonuna yola düşəcəklər. ..