Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
210

Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzi tərəfindən "Aşıq sənətinin tədrisi üzrə metodik tövsiyə" çap edilmişdir. Bu, aşıq sənətinin tədrisi və metodikası üzrə ilk tədris vəsaitidir.

Vəsaitin müəllifi Gədəbəy Aşıq məktəbinin direktoru Etibar Əliyevdir. Metodiki tövsiyədə aşıq havalarının tədris edilməsində musiqi aləti olaraq sazdan istifadə edilməsiylə yanaşı aşıq sənətinin sinkretik (qovuşuq) sənət olduğunu şagirdlərə izah etmək üçün sazın texniki quruluşu ilə bağlı məlumatlar, aşıq poeziyası o cümlədən deyişmə nümunələri, dastan yaradıcılığı, səhnə davranışı, aşıq sənətinə dövlət qayğısı və s. barədə bilgilər verilmişdir.

Gədəbəy Aşıq məktəbinin direktoru, folklorşünas Etibar Əliyev aşıq sənətinin tədrisində yenə ilk dəfə olaraq nəzərdə tutulan "Aşıq sənəti tarixi" nəzəriyyə fənninin də müəllifidir. O, məlum nəzəriyyə fənni üzrə proqram - dərslik yazmışdır. Bu ilki tədris ilindən başlayaraq Gədəbəy Aşıq məktəbində "Aşıq sənəti tarixi" fənni tədris edilməkdədir.

Gədəbəy Aşıq məktəbinin direktoru Etibar Əliyev həm də Azərbaycanda XIX əsrin ortaları - XX əsrin əvvəllərində fəaliyyət göstərmiş alman milliyyətli Simens qardaşlarının Gədəbəydəki izləri ilə məşğuldur. Onun bu sahədə növbəti kitabı (albom-mətn tərtibatında) "Simenslər Azərbaycanda" kitabı çap edilmişdir.

XƏBƏRLƏR

16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq
11.01.2018 17:36
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar film nümayişlərinə start veriləcək
11.01.2018 15:31
Azərbaycan Milli Kitabxanasının direktoru Los Anceles şəhər kitabxanasının direktoru ilə görüşmüşdür
11.01.2018 09:53
İrəvan teatrı ötən ili uğurla başa vurub
11.01.2018 09:52
Ötən il tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub
11.01.2018 09:34
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunub
10.01.2018 18:14
Xalq artisti Elza İbrahimovanın xatirəsi anıldı
10.01.2018 17:21
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
10.01.2018 17:00
ABŞ-da vəfat etmiş məşhur pianoçu Çingiz Sadıxov Bakıda dəfn ediləcək
10.01.2018 16:17
“Air Arabia” aviaşirkətin jurnalında Bakı haqqında məqalə dərc olunub
10.01.2018 11:15
Azərbaycan Milli Kitabxanası ilə Kaliforniya Los Anceles Universiteti kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb
10.01.2018 09:43
“Aşıq musiqisi axşamları” - yeni möhtəşəm layihə
10.01.2018 09:16
Dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb