Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
489

UNESKO-nun Şəki ilə bağlı qərarı xalqımızın dünya mədəniyyətinə töhfəsinin beynəlxalq miqyasda növbəti təsdiqidir

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Bakının ev sahibliyi etməsi və Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi sevindiricidir. Bu önəmli hadisə Misir ictimaiyyəti və Azərbaycan diasporu tərəfindən çox yüksək qiymətləndirilir.

Bu sözləri “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov söyləyib. O deyib ki, Misirdə yaşayan azərbaycanlılar bu nailiyyətə görə böyük qürur hissi keçirirlər. "Bu tədbirin Bakıda keçirilməsi çox mühüm və əlamətdar hadisədir. Azərbaycan dəfələrlə olduğu kimi, bu dünya miqyaslı tədbirə də ən yüksək səviyyəli təşkilatçılıqla ev sahibliyi edir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu xarici siyasətin, Birinci vitse-prezident və UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı nəticəsində bu təşkilatla tərəfdaşlığın yüksək səviyyədə inkişafının göstəricisi kimi çox yüksək qiymətləndirilir. Sözsüz ki, bu nüfuzlu tədbirə ev sahibliyi etməklə və eyni zamanda, komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqları tarixində öz müsbət izini qoyacaq və mədəni irsin qorunub saxlanılmasına töhfəsini verəcək. Xüsusi qeyd etmək istəyirəm ki, bu kimi tədbirlərin ölkəmizdə keçirilməsi dünya ictimaiyyətində Azərbaycana olan etibarın və inamın parlaq nümunəsidir”, - deyə Seymur Nəsirov qeyd edib.

Diaspor rəhbəri vurğulayıb ki, Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi xalqımızın beynəlxalq aləmdə daha bir mədəni və siyasi qələbəsi, eyni zamanda, dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq miqyasda növbəti təsdiqidir.

XƏBƏRLƏR

16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu