Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
294

Xalça Muzeyində xalçaçı-rəssam Eldar Mikayılzadənin mühazirəsi dinlənilib

Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayev ötən əsrin 70-ci illərində Nəsimi obrazını yaratdı. Bizim də istinad etdiyimiz obraz məhz o rəsmdən başladı. Xalçanı yaradarkən həm də Nəsimin “Sığmazam” qəzəlindən ilhamlandım.

Bu sözləri “Nəsimi” xalçasının müəllifi, xalçaçı-rəssam Eldar Mikayılzadə Azərbaycan Milli Xalça Muzeyində mühazirəsi zamanı söyləyib.

Bildirib ki, sovet dövrünün ideologiyasından irəli gələrək Nəsimi obrazı yaradılarkən onun geyimində, əmmaməsində təhriflərə yol verilirdi. Onu tacirlər, bəzən də zadəganlar qiyafəsində təsvir edirdilər.

Yeni obrazların yaradılmasına ehtiyac duyulduğunu söyləyən rəssam izləyicilərin diqqətini Nəsimin əmmaməsinə yönəldib: “Sufizmin cərəyan etdiyi bir dövrdə Nəsimi başına Mikayıl Abdullayevin təsvir etdiyi əmmaməni qoya bilməzdi. O dövrün insanları başqalarına müsəlman olduğunu göstərmək üçün geyimlərinə xüsusi diqqət yetirirdilər. Sufilərin əmmaməsi insanın boyundan asılı olaraq beş metrə qədər uzanırdı. Bu həm də kəfən rolunu oynayardı”, -deyə E.Mikayılzadə vurğulayıb.

Vurğulayıb ki, Nəsimi hürufi olduğundan libası da sadə olmalı idi. Sufilər israfa yol verməzdilər, o dövrdə ən ucuz parça sayılan yundan istifadə edərdilər. Burada rəssam hədisləri əsas tutaraq dahi mütəfəkkirin saqqalını bir barmaqdan uzun təsvir etməyib.

Qeyd edib ki, obrazın yaradılmasında qırmızı rəng Nəsiminin inqilabi ruhda böyüdüyünü, yaşıl rəng isə onun seyid olduğunu göstərir. Xalçanın aşağı hissəsində Azərbaycan klassik ornamenti ilə əhatələnmiş şairin adı əks olunub. Bu tip ornament üçün ənənəvi olan bir-birinə dolaşan budaqlar xeyir və şərin mübarizəsini simvolizə edir. Şairin çiyinləri arxasında iki şəhərin – Şamaxı və Suriyanın Hələb şəhərləri təsvir olunub ki, bu da onun doğulduğu və vəfat etdiyi yeri göstərir.

Rəssamın emalatxanasında çalışan Zümrüd Hüseynzadə xalçanın toxunması zamanı ortaya çıxan çətinliklərdən və toxunma prosesindən danışıb: “Eldar Mikayılzadə “Nəsimi”yə çox diqqətlə yanaşdığından işimiz çox ləng gedirdi. Rənglərə diqqət yetirirdi, minə yaxın sap növündən istədiyi rəngi ala bilmirdi. Buna görə də toxuduğumuzu söküb bir də toxuyurduq. Ancaq bütün bunlara baxmayaraq gözləntilər bizi sevindirdi”.

Sonra xalçaçı-rəssam iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, “Nəsimi” xovlu xalçadır. İpək və yundan istifadə olunan xalçanın toxucuları Dürdanə Babayeva, Şəfiqə Namazova və Solmaz Namazovadır.

XƏBƏRLƏR

15.11.2019 16:36
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15.11.2019 15:41
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15.11.2019 14:14
Milli Kitabxananın direktoru Rusiyada beynəlxalq forumda çıxış edib
15.11.2019 13:22
Mədəniyyət naziri və müavinlərinin vətəndaşlarla növbəti görüşü keçirilib
15.11.2019 11:20
VIII Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmiz də təmsil edilib
15.11.2019 09:21
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
15.11.2019 09:20
Ölkəmiz "Özbəkistan bizim ümumi evimizdir" adlı konsertdə təmsil olunub
15.11.2019 09:16
Mədəniyyətin səyyar briqadaları növbəti təlimi Sabirabadda keçiriblər
15.11.2019 09:14
Musiqili Teatrda “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunub
15.11.2019 09:04
Azərbaycan təmsilçiləri beynəlxalq müsabiqədə mükafatlara layiq görülüblər
14.11.2019 18:02
Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşdü
14.11.2019 14:28
Mərkəzi İncəsənət məktəbində “Uşaqlar gələcəyimizdir!” adlı tədbir keçirilib
14.11.2019 09:09
Polşanın Lodz şəhərində Azərbaycan cizgi filmləri nümayiş olunub
14.11.2019 09:07
“Haqq mənəm” tamaşasının premyerası olacaq
13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir