Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
527

Ümumdünya İrs Komitəsinin sessiyası paralel iclaslarla işini davam etdirib

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 2-də paralel iclaslarla işini davam etdirdi. İlk iclas Afrika və ərəb ölkələrində baş verən təbii fəlakətlər və münaqişələr nəticəsində dağıntıya məruz qalan mədəni irsin qorunmasına həsr edilib.

Müzakirələrdə 2019-2020-ci illər üçün tədbirlər haqqında məlumat verildi.

Bildirildi ki, ekoloji mədəni irsin qorunması həm yerli icra orqanlarının, həm də könüllülərin nəzarətində olmalıdır. Dünyada ən çox dağıntıya məruz qalan məhz bu regionlardır. Bu səbəbdən də Dünya İrs Komitəsi sözügedən regionlara dəstəyini əsirgəməməlidir.

Dini irsin qorunmasına həsr olunan iclasda dini dünyagörüşlərlə bağlı ən yaxşı təcrübələrdən söz açıldı. Dünyada tolerantlıq, mədəni dialoq və vicdan azadlığı kontekstində dini irsin əhəmiyyəti diqqətə çatdırıldı. Bu mənada xüsusilə UNESKO siyahısında yer alan dini abidələrin qorunmasının mövcud problemləri müzakirə edildi. İştirakçılar mövzu ilə bağlı öz təcrübələrini bölüşdülər.

Üzv ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən növbəti iclasda isə büdcə məsələləri müzakirə edildi. İclasda 180 ölkənin mədəni irisin qorunmasına ayırdığı maliyyə fondu və xərcləri nəzərdən keçirildi, işçi qrupların hesabatları dinlənildi.

Paralel iclaslar müzakirələrlə davam etdirilib.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi