Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1405

Şamaxı şəhərində Prezident təqaüdçülərinin konserti keçirildi

Elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyev “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərman imzalamışdır. Bu Fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Prezident təqaüdçüləri olan gənc istedadlı musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mütəmadi olaraq bölgələrdə onların konsertlərini təşkil edir.

Növbəti belə tədbirlərdən biri 7 dekabr 2018-ci il tarixində Şamaxı şəhərində baş tutmuşdur. Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilən konsertdə istedadlı gənc musiqiçilərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən, xalq mahnı və muğamlarımızdan ibarət musiqi nömrələri səslənmişdir.

Konsertdə Şamaxı rayon İcra hakimiyyətinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin  nümayəndələri, mədəniyyət, təhsil müəssisələrinin işçiləri, yeniyetmə və gənclər iştirak etmişlər.

 

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb