Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
456

Azərbaycan və Gürcüstanın musiqi məktəblərinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi və Gürcüstan Respublikasının Kutaisi, Qori və Zestafoni şəhər musiqi məktəblərinin kollektivləri “Qardaşlaşmış məktəblər” layihəsi əsasında Abşeron rayon Mədəniyyət mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə birgə konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə Xırdalan şəhər musiqi məktəbin direktoru, Əməkdar müəllim İkram Manafov və Gürcüstan Respublikası incəsənət ittifaqının üzvü Maka Trapaidze çıxış edərək, Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin Gürcüstanın Tbilisi, Marneuli, Bolnisi, Rustavi, Qardabani, Xaşuri, Kutaisi şəhərlərində fəaliyyət göstərən musiqi məktəbləri və mədəniyyət mərkəzləri ilə sıx əlaqələrindən danışaraq bu gün onların sırasına əlavə olunan Qori və Zestafoni şəhərlərindəki musiqi məktəbləri ilə yeni əlaqələrin yarandığını qeyd ediblər. Bu əlaqələrin qarşılıqlı məlumat mübadiləsi və əməkdaşlıq üçün vacibliyini vurğulayıb, uğurla davam münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıblar.

Sonra konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan, Gürcüstan, Qərbi Avropa bəstəkarlarının əsərləri, Azərbaycanın xalq mahnıları və muğamları ifa olunub. Hər iki ölkənin xalq çalğı alətləri orkestrlərinin, xor və rəqs kollektivlərinin, fortepiano və xanəndəlik ixtisası üzrə şagirdlərinin ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, səfər çərçivəsində gürcüstanlı qonaqlar Xırdalan şəhər Onbirillik musiqi məktəbində olub, məktəbdə yaradılan şəraitlə yaxından tanış olub, dərs proseslərini izləyiblər.

XƏBƏRLƏR

19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir
15.07.2019 12:32
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb