Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
883

Bakıda dünya şöhrətli nasir Çingiz Aytmatovun 90 illiyi qeyd olundu

19 oktyabr 2018-ci il tarixində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Qırğızıstan SSR-in Xalq yazıçısı, Qazaxıstanın Xalq yazıçısı, Qırğız Respublikasının Qəhrəmanı, Qırğızıstan SSR Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ-nin üç Dövlət Mükafatı Laureatı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında qırğız dilində tamaşa göstərilib.

Tamaşadan əvvəl çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva premyeranın XX əsrin görkəmli söz ustası, türk dünyasının böyük oğlu Çingiz Aytmatovun 90 illiyinə həsr olunduğunu qeyd edib. O deyib ki, dahi yazıçının əsərləri vətənpərvərliklə yoğrulub, onlarda qırğız xalqının həyatı və istəklərindən bəhs olunub, Qırğızıstanın zəngin mədəniyyəti və adət-ənənələri öz əksini tapıb. Yazıçının əsərləri bütün dünyada maraqla oxunur. G.Əfəndiyeva yubiley tədbirinin keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə, Yazıçılar İttifaqına, Qırğız Respublikasının ölkəmizdəki səfirliyinə və Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TürkPA) təşəkkürünü bildirib.

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli yazıçının xatirə gecəsinin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edərək vurğulayıb ki, bu cür tədbirlər qardaş türk xalqlarını daha da yaxınlaşdırır. “Çingiz Terekuloviç dahi nasir idi. Oxucuların pərəstiş etdiyi bu şəxsiyyət özündən sonra böyük irs qoyub, onun xatirəsi əbədi yaşayacaq. O, Azərbaycanı çox sevirdi, xalqımıza böyük sevgi hissləri bəsləyirdi, tez-tez ölkəmizə gəlirdi. Azərbaycan Mədəniyyət Nazirliyi də böyük yazıçının 90 illiyi münasibətilə dekabr ayında nəzərdə tutulmuş genişmiqyaslı tədbirlərə hazırlaşır. Qeyd etmək istəyirəm ki, mənim Çingiz Aytmatovla şəxsi tanışlığım olub, o, çox gözəl insan idi. Bu dahi yazıçı türk dünyasının fəxridir. Onunla vida mərasimində iştirakımı xatırlayıram. Bu, əvəzedilməz itkidir”, - deyə nazir əlavə edib.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Çingiz Aytmatovla bağlı xatirələrini bölüşərək deyib ki, dahi qələm ustası dünyaya çoxlu sayda məşhur əsərlər bəxş edib. Onun istedadı Allah vergisi idi. “Çingizin uşaqlıq və yeniyetməlik illəri ağır keçib, onun atası Stalin repressiyalarının qurbanı olub. Bu, yazıçının yaradıcılığına da təsirsiz ötüşməyib, onun mənəvi dəyərlərin ön planda olduğu bütün əsərləri oxucuda dərin təəssürat doğurur. Biz Çingiz Terekuloviçlə Bakıda, Bişkekdə, Ankarada və digər şəhərlərdə dəfələrlə görüşmüşük, onunla öz düşüncələrimi bölüşmüşəm və həmişə dəstək görmüşəm”, - deyə Anar bildirib.

Çingiz Aytmatovun oğlu, qırğız diplomatı və dövlət xadimi Əskər Aytmatov atası haqqında xatirələrini bölüşüb, dahi yazıçının xatirəsini əziz tutduqları üçün tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. “Xatırlayıram, uşaqlıq illərimdə, 8 yaşım olanda atam məni özü ilə Bakıya ezamiyyətə apardı. Bu, mənim xarici ölkəyə ilk səfərim idi. Mən hələ o vaxt Bakını və Azərbaycanı sevdim və bu sevgini həyatım boyu yaşadıram. Bilirəm ki, sizin ölkənizdə atamın yaradıcılığının pərəstişkarı çoxdur. Bu, mənim üçün böyük şərəfdir. Əminəm ki, bugünkü tamaşa da böyük uğur qazanacaq, axı məhəbbət haqqında ballada olan “Cəmilə” povesti Çingiz Aytmatovun ən populyar əsərlərindən biridir. Bu gün bizimlə burada olan hər kəsə təşəkkürümü bildirirəm”, - deyə Ə.Aytmatov əlavə edib.

Tamaşanın baş prodüseri “ASSOL” Holdinqin direktoru Assol Moldokmatova “Çingiz üçün ağı” şeirini söyləyib, vurğulayıb ki, Çingiz Aytmatov incə qəlbli insan kimi həmişə dostlarının köməyinə çatırdı, dinləməyi bacarırdı. “Cəmilə” əsərinə heç kim biganə qala bilməz. Bu, məhəbbət himni, qırğız qadının himnidir. Çox şadam ki, bu gün biz bakılı tamaşaçıları əsərlə daha yaxından tanış edəcəyik”, - deyə qonaq bildirib.

Sonra Assol Moldokmatova və Günay Əfəndiyeva bir-birinə xatirə hədiyyələri təqdim ediblər. G.Əfəndiyeva qonağa Çingiz Aytmatovun əsərlərinin bütün dünyada təbliğinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis etdiyi fəxri diplomu təqdim edib. Fondun sədri Əskər Aytmatova türk dünyasının inkişafına verdiyi töhfəyə görə fəxri diplom təqdim edib və atasının portretini hədiyyə edib.

Sonra tədbir iştirakçıları tamaşaya baxıblar. Baş rolları Aynura Akılbek qızı (Cəmilə), Ruslan Kurmanaliyev (Daniyar) və Sancar Sabırcan uulu (Seit) ifa ediblər.

Qeyd edək ki, “Cəmilə” povestində hadisələr Böyük Vətən müharibəsi dövründə və qırğız aulunda cərəyan edir. Cəmilə bu əhvalatı nəql edən Seitin böyük qardaşının arvadıdır. Heç kimin incitməyə cəsarət etmədiyi bu qamətli, gözəl, tündxasiyyət və qoçaq qadın insanlarla açıq ünsiyyət qurmağı bacarır. Cəmilə varlı ailəyə gəlin gedir. Bütün kişilər müharibəyə getdiklərindən ailəyə qaynana başçılıq edir. Kişi əməyi çatışmadığından Cəmiləyə də ağır iş – stansiyaya taxıl daşımaq həvalə olunur. Onun köməkçiləri qaynı Seit və müharibədən əlil qayıtmış əsgər Daniyardır. Keçmiş əsgər əvvəlcə çox sakit və qapalı adam təsiri bağışlayır. Cəmilə tez-tez onu ələ salır, amma Daniyar buna dözür və qadına heyranlıqla baxır. Onların arasında səmimi hisslər yaranır və əsərin baş qəhrəmanı Daniyarla birlikdə yeni həyata başlamaq üçün aulu tərk edir. Kənd camaatı onun bu hərəkətini qınayır, Seit isə gəlinin seçiminə haqq qazandırır. O, əsl məhəbbətin nə olduğunu anlaya bilir.

Premyera tamaşaçılarda dərin təəssürat yaradıb. Tədbirdə diplomatlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu