Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
376

Beynəlxalq Teatr Festivalının dördüncü günü üç tamaşa təqdim olunub

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Lənkəran Dövlət Dram Teatrının binasında keçirilən Beynəlxalq Teatr Festivalının dördüncü günü balaca tamaşaçılara üç tamaşa təqdim olunub.

Qax Dövlət Kukla Teatrının təqdim etdiyi “Xeyir və Şər” tamaşasının quruluşçu rejissoru Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayevdir. Nizami Gəncəvinin eyni adlı əsərinin motivləri əsasında hazırlanan bu səhnə əsəri iki aktyor - Orxan Əminov, Nuru Mustafayev və 4 kukla obrazın pantomim ifası ilə nümayiş olunub. Obrazlar xeyir və şərin simvolu olan ağ və qara rənglərdə təsvir edilib.

“Kimsə xeyir və şəri hər hansı konkret obrazda təsvir edə bilməzdi. Biz də düşündük ki, simvolik obrazlardan istifadə edək”, - deyə tamaşanın rəssamı bildirib.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi Beynəlxalq Teatr Festivalında repertuarındakı sevimli tamaşalardan olan “Cırtdan” ilə təmsil olunub. Lənkəranlı teatrsevərlərə təqdim edilən tamaşa bundan öncə bir neçə beynəlxalq festivalda uğurla nümayiş olunaraq mükafatlara layiq görülüb.

Şair-dramaturq Mirmehdi Seyidzadənin eyni adlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur. Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa ediblər.

Festivalın dördüncü günü Gürcüstandan dəvət olunmuş Azad Teatrı “Bu nağıl ağlı başdan alır”(müəllif N.Ptuşkina) tamaşasını nümayiş etdirib. Tamaşanın quruluşçu rejissoru Maya Doborcqinidze, musiqi tərtibatçısı Toma Atanelişvili, işıq üzrə rəssamı Natalya Manaqadzedir.

Hər üç kollektivə Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

 

XƏBƏRLƏR

16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib