Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
458

Biləsuvar rayon Dövlət Rəsm Qalereyasının təmirdən sonra açılışı ilə əlaqədar tədbir keçirilib

Biləsuvar rayon Dövlət Rəsm Qalereyası təmirdən sonra sənətsevərlərlə ilk görüşünə çıxmışdır. Xatırladaq ki, ötən ilin oktyabr ayından başlayaraq Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Qalereyada cari təmir işlərinə başlanmış və artıq sona çatmışdır.

Açılış münasibətilə Dövlət Rəsm Qalereyasında tədbir təşkil olunmuşdur. Tədbirdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, mədəniyyət işçiləri və gənc sənətsevərlər iştirak etmişlər. Mərasimi Qalereyanın direktoru Rövşən Cənnətov giriş sözü ilə açmış və bildirmişdir ki, Qalereya 2019-cu ildə də rayonun əsas mədəniyyət ocaqlarından biri kimi uğurlu fəaliyyətinə davam edəcəkdir.

Regional idarənin rəis müavini Rəfiqə Cəfərova çıxış edərək gənclərin bu tədbirə göstərdikləri diqqəti xüsusilı qeyd etmiş, rayonun gənc istedadlarının əsərlərindən ibarət sərgilərin keçirilməsi üçün Biləsuvar Regional Mədəniyyət İdarəsi və Dövlət Rəsm Qalereyası tərəfindən daima köməklik göstəriləcəyini bildirmişdir.

Çıxışlardan sonra qonaqlar Qalereyada təşkil edilmiş sərgi ilə tanış oldular. Sərgidə Qalereyanın əsas fondundan 10-a yaxın rəsm əsəri və gənc sənətçilərin 100-ə yaxın əsəri nümayiş edilmişdir.

Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.      

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb