Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
563

“Davamlı inkişaf və irsin idarə olunması” – Abidə Menecerləri Forumunda daha bir müzakirə

İyunun 30-dan iyulun 10-dək Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Sessiya çərçivəsində 24 iyun – 2 iyul tarixlərini əhatə edən Dünya İrsi Gənc Peşəkarlar Forumu və Dünya İrsi Abidə Menecerləri Forumu (27 iyun - 4 iyul) gerçəkləşir.

Abidə Menecerləri Forumu iyunun 30-da öz işini davam etdirdi. Forumun dördüncü günündə Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM) təmsilçisi Gamini Wijesuriyanın moderatorluğu ilə “Davamlı inkişaf və irsin idarə olunması ilə bağlı əsas məsələlər” mövzusunda müzakirə aparıldı.Tədbirdə Bakıda yerləşən abidələrin 2050-ci ilədək idarə olunması üzrə əsas fəaliyyət istiqamətləri və zəruri prinsiplərə diqqət çəkildi.

Qrup şəklində aparılan müzakirələr zamanı qədimlik və müasir arasında harmoniya, etibarlılıq, müxtəliflik, qoruma, memarlıq, Bakının rəmzləri, görünmə bucağı, müvafiq konservasiya üzrə məsələlərlə bağlı fikirlər dinlənildi. Mütəxəssislər tolerantlıq, multikulturalizm və mənəvi dəyərlərin qorunması ilə bağlı məsələlərə toxundular. Müzakirələrdə həmçinin iştirakçılar şüurun artırılması və vahid şəhər anlayışı ilə bağlı düşüncələrini də bölüşdülər.

Tədbirdə hər bir iştirakçı öz ölkəsindəki abidələr və onların qorunmasına dair məruzə ilə çıxış etdi. Çıxışlarda abidələrin mühafizəsi sahəsində müsbət və mənfi tendensiyalar barədə məlumat verildi. Bu istiqamətdə UNESCO-nun fəaliyyəti, təşkilatın yardım edə biləcəyi məqamlardan bəhs olundu. Ölkələrin özünəməxsusluğu, mədəni müxtəlifliyi, irsin qorunmasına dövlət dəstəyi, vətəndaş münasibəti və bu sahədə könüllülük məsələləri önə çəkildi.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi