Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
476

Filarmoniyada Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək

17 may 2019-cu il tarixində görkəmli rəqqasə, Xalq artisti, Prezident təqaüdçüsü Roza İsmayıl qızı Cəlilovanın 90 yaşı tamam olur.    

Mayın 17-də saat 19.00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti, Prezident təqaüdçüsü  Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və “Xəzər” Universitetinin tələbələri, İran “Səhər” rəqs kollektivi, habelə “Asiman”, “Dəcəl qızlar”, “Azəri inciləri” gənc rəqs qrupları çıxış edəcəklər.

Məlumat üçün bildiririk ki, Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir. O, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında  başlamışdır. Qısa müddətdə öz məharəti ilə xalqın sevgi və rəğbətini qazanan Roza Cəlilova həmin ansamblın solisti olmuşdur. O, Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından birinə çevrilmiş, öz sənəti ilə böyük səhnə peşəkarlığına və fitri istedada malik olduğunu sübut etmişdir. Onun repertuarında milli  rəqslərimizdən başqa ərəb, fars və bir sıra digər xalqların rəqsləri də yer tutmuşdur. Hər bir çıxışı tamaşaçı alqışları ilə qarşılanan  sənətçi  beynəlxalq festivalların laureatıdır.  Rəqs sənətinin vurğunu olan görkəmli sənətkar dünyanın müxtəlif ölkələrində yüksək ifaçılıq məharəti ilə milli rəqs sənətimizi yerli tamaşaçılara sevdirə bilmiş və mədəniyyətimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir.

Roza Cəlilova istedadlı xoreoqraf kimi uzun illər ərzində Azərbaycanda keçirilən el şənlikləri, xalq bayramları və bir sıra dövlət tədbirlərinin iştirakçısı olmuş, kütləvi xalq rəqslərinə gözəl quruluşlar vermişdir.

Milli mədəniyyətimiz sahəsindəki uğurlarına görə Roza Cəlilova 1959-cu ildə Azərbaycan Respublikasının Əməkdar  artisti, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.

XƏBƏRLƏR

19.07.2019 16:10
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
19.07.2019 16:10
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir