Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1479

Gəncə Dövlət Universitetində “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mütəmadi olaraq öz rəsmi tərəfdaşlıq əlaqələrini genişləndirir. Belə ki, cari ilin 17 aprel tarixində “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda keçirilən seminar çərçivəsində Mərkəz və Gəncə Dövlət Universiteti arasında birgə fəaliyyətə dair müqavilə imzalanmışdır.

Tədbirin məqsədi mədəniyyət sahəsində çalışanlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Seminarda Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov çıxış öz çıxışında bildirdi ki universitetdə keçirilən mədəni-kütləvi tədbirlər, xüsusən tələbələr tərəfindən böyük maraqla qarşılanan könüllü qış və yay məktəbləri, çoxsaylı festivallar, milli və beynəlxalq bayramlar, fləşmoblar, sərgilər, müsabiqələr, təqdimatlar, eləcə də digər maarifləndirici tədbirlər universiteti zəngin ənənəyə malik mədəni mərkəzə çevirib.

Son illərdə Azərbaycanda keçirilən bir çox beynəlxalq mədəni tədbirlərdə və “ASAN xidmət”in gündəlik fəaliyyətində gənclərin könüllü olaraq yaxından iştirak etdiyini deyən Elm və innovasiylar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında qısa müddətdə zəngin təcrübəyə malik böyük bir hərəkata çevrildiyini təqdirəlayiq hal kimi dəyərləndirib. 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin çıxışında universitet tələbələrinin və digər fəal gənclərin də gələcəkdə könüllülük hərəkatına qoşulacağına və Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminlik ifadə olunub.

Mərkəzin elmi katibi Cavid Əliyev və şöbə müdiri Nurəddin Babazadə öz çıxışlarında dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən, müasir çağırışlardan bəhs ediblər. Gənclər mədəniyyət sahəsində könülllük fəaliyyətinə qoşulmağa dəvət edilib.

Könüllülük fəaliyyəti və gənclər mövzusunda təqdimatla çıxış edən Gənc mədəniyyət işçiləri ilə iş sektorunun müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti, onun mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib.

XƏBƏRLƏR

19.07.2019 16:10
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
19.07.2019 16:10
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir