Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
517

Hüseynqulu Sarabskinin 140 illiyinə münasibətilə “Leyli və Məcnun” operası nümayiş olunacaq

İyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş ediləcək.

Budəfəki nümayiş Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, peşəkar musiqili teatrın yaradıcılarından biri, Xalq artisti Hüseynqulu Sarabskinin 140 illiyinə həsr olunub.

Məlum olduğu kimi H.Sarabski Azərbaycan Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində bir sıra tamaşalarda çıxış edib, Məcnun (“Leyli və Məcnun”), Kərəm (“Əsli və Kərəm”), Sərvər (“O olmasın, bu olsun”), Şeyx Sənan (“Şeyx Sənan”), Qərib (“Aşıq Qərib”), Şah İsmayıl (“Şah İsmayıl”) və başqa partiyaların ən yaxşı ifaçılarından biri olub.

Görkəmli sənətkarın xatirəsinə həsr olunmuş tamaşada əsas partiyaları Əməkdar artistlər Arzu Əliyeva (Leyli), İlkin Əhmədov (Məcnun), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Nurlan Namazov (İbn-Səlam), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dədmirov (Məcnunun atası) və başqaları ifa edəcəklər.

Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

XƏBƏRLƏR

16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub