Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
291

Lənkəranın Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Zəncan şəhərində “El” Milli Teatr Festivalında iştirak edib.

Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, iyulun 8-dən 12-dək davam edən festivalda kukla, pantomim, komediya, faciə janrlarının müxtəlif səhnələrdə və küçə tamaşaları şəklində nümayişləri olub.

Lənkəran Dövlət Dram Teatrı bu sənət yarışmasına Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehirbazlar dərəsi” nağıl-tamaşası ilə qatılıb.

Süjet xətti Azərbaycan folklorunun ənənələrindən qaynaqlanan bu səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları respublikanın Əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlar Emin Fərzullayev və Sayad Əliyev ifa ediblər.

Festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrı təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb