Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
490

Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb

Avqustun 7-də mədəniyyət naziri Əbülfəs Qarayev Argentina Respublikasının ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşdü.
Nazir ölkəmizdə keçirilən beynəlxalq musiqi festivalları və mədəni tədbirlərlə bağlı məlumatı səfirin diqqətinə çatdırdı. Bildirdi ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün bu festivallarda mütəmadi iştirak vacib məqamlardandır. Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Caz Festivalı və digər musiqi tədbirlərində Argentinanın iştirakı xalqlarımız arasında mədəni mübadiləni və bir-birinin mədəniyyəti ilə yaxından tanışlığı təmin edə bilər. Nazir həmçinin televiziya proqramları vasitəsilə Azərbaycan və Argentina mədəniyyətini əks etdirən birgə verilişlərin əhəmiyyətli ola biləcəyini vurğuladı.
Səfir Argentinada keçirilən tanqo festivalı və müxtəlif film festivalları haqqında danışdı. Qonaq ölkəmizi bu ilin oktyabr ayında Argentinada təşkil ediləcək tanqo festivalında iştiraka dəvət etdi.

Görüş iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi istiqamətində
davam etdi.

***
Daha sonra Əbülfəs Qarayev Avstriya Respublikasının Azərbaycandakı səfiri Bernd Aleksandr Bayeri qəbul etdi.
Qonağı səmimi salamlayan nazir bildirdi ki, eyni coğrafi mövqe və əhali sayına məxsus olan Azərbaycanla Avstriya arasında oxşar cəhətlər çoxdur.
Səmimi qəbula görə nazirə minnətdarlığını bildirən səfir, ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin mövcud olduğunu qeyd etdi və bu əlaqələrin daha da genişləndirməsi və inkişaf etdirilməsi istiqamətində aparılacaq işlərdən söhbət açdı. İki ölkənin musiqi, teatr və mədəniyyətin müxtəlif sahələrinin nümayəndələri qarşılıqlı səfərlər edərək təcrübə mübadiləsi apara bilərlər.
Azərbaycana sevgisini ifadə edən Bernd Aleksandr Bayer bildirdi ki, ölkəmizin tarixi onu hər zaman maraqlandırıb. Azərbaycanın qədim tarixindən məlumatlı olduğunu vurğulayan səfir ölkəmizin zəngin mədəniyyətə məxsusluğunu qeyd etdi.
Nazir söhbət zamanı iki ölkənin musiqi məktəbləri arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, məktəblər arasında şagird mübadiləsi hər iki ölkənin gənc nəsli üçün müsbət nəticələr və ölkələrimizin mədəniyyətinin təbliğinə böyük töhfələr vermiş olar: 
“Muzey, teatr, konsert müəssisələri, mədəni irs nümunələrimiz vasitəsilə biz iki ölkə arasında qarşılıqlı əlaqələri daha da gücləndirə və birgə layihələr həyata keçirə bilərik”.
Əbülfəs Qarayev həmçinin diqqətə çatdırdı ki, Avstriya ilə Azərbaycan arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində bu günə kimi bir sıra mühüm layihələr həyata keçirilib. Bu layihələr iki ölkənin dostluğuna və mədəniyyətlərin dialoquna xidmət edir.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edildi.
Görüşlər zamanı hər iki səfir UNESKO-nun Ümumdünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən 43-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə minnətdarlıqlarını bildirdilər. Diqqətə çatdırıldı ki, həm Avstriya, həm də Argentinanın komitənin sessiyalarında iştirak etmiş nümayəndə heyətləri tədbirin təşkilatçılıq məsələlərindən öz razılıqlarını ifadə ediblər.

XƏBƏRLƏR

26.08.2019 09:21
“Khaleej Times” qəzetində Milli Xalça Muzeyinə həsr olunmuş məqalə dərc olunub
23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb