Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
636

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Budapeştdə Nəsiminin 650 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15.11.2018 tarixli 689 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.2019 tarixli 38s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına, həmçinin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Yunus Emre İnstitutunun və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə 2019-cu il 24 aprel tarixdə Budapeşt şəhərində, Yunus Emre İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaq ədəbi-musiqili tədbir keçiriləcəkdir.

Tədbirdə iştirak etmək məqsədilə mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti 22-25 aprel tarixində Macarıstana səfər edəcəkdir.

Rəsmi şəxslərin, Azərbaycan və Türkiyədən dəvət olunacaq nəsimişünas alimlərin, macar türkoloqların çıxış edəcəyi tədbirdə Azərbaycan Milli Kitabxanasının fondunda olan, Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin təşkili, azərbaycanlı tələbələrin və yerli macar musiqiçilərin ifasında şairin qəzəllərinin və sözlərinə yazılmış musiqi parçalarının səsləndirilməsi nəzərdə tutulmuşdur.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Macarıstan İnsan Resursları Nazirliyində və Macarıstan Milli Kitabxanasında görüşlərin keçirilməsi, iki ölkə arasında “Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı”nın imzalanması, eyni zamanda Macarıstan Milli Kitabxanasında qədim şərq (Azərbaycan, türk, ərəb və fars) əlyazmaları fondu ilə tanışlıq planlaşdırılmışdır.

XƏBƏRLƏR

19.07.2019 16:10
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
19.07.2019 16:10
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir