Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
925

Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış portallar NETTY 2019 mükafatının qalibi olub

NETTY 2019 Azərbaycanın Milli internet mükafatının 15-ci mükafatlandırma mərasimi keçirilib. Mərasimdə cari ildə müsabiqədə iştirak edən “Dövlət”, “Mədəniyyət və yaradıcılıq”, “İqtisadiyyat və biznes”, “Təhsil və elm”, “İnformasiya və xəbərlər”, “Elektron xidmətlər və ticarət” və s. nominasiyalar üzrə ən yaxşı internet resursları elan olunub.

Dövlət internet saytları üzrə nominasiyada Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” – www.intangible.az portalı qalib olub. Bundan əlavə, “Mədəniyyət və yaradıcılıq” nominasiyasında http://shekiculture.az  saytı 1-ci yeri qazanıb. Bu istiqamət üzrə 2-ci yeri http://ismayilliculture.az saytı tutub.

Xatırladaq ki, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının (www.intangible.az) təqdimatı 2018-ci ilin oktyabrında olmuşdu. Portal Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsində yenilikləri, UNESCO siyahısındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları özündə ehtiva edir. Bundan əlavə, portalda Azərbaycanın şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında məlumatlar da əksini tapıb.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının NETTY 2019 Azərbaycanın Milli internet mükafatına layiq görülməsini yüksək qiymətləndirərək bu layihənin mədəni irsimizin sistemli şəkildə qorunması və təbliği işinə töhfə olduğunu vurğulayıb. Nazir müavini diqqətə çatdırıb k, reyestrin yaradılması ölkəmizdə UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya”dan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində görülən işlərin nəticəsidir.

“Qloballaşan dünyada xalqların öz mədəni-mənəvi varlığını qoruması prioritet məsələdir. Azərbaycan xalqının zəngin mədəni irsi zaman-zaman müxtəlif qüvvələr tərəfindən mənimsənilməyə məruz qalıb. Bu baxımdan qeyri-maddi mədəni irs nümunələrimizin qorunması və təbliği dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. Ölkəmiz UNESCO-nun müvafiq konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı nəticəsində təşkilatın siyahılarına qeyri-maddi mədəni irsimizlə bağlı 13 nominasiya daxil edilib və bəşəriyyətin mirası olaraq qorunur. Son illər bu sahədə işlər daha geniş xarakter alıb. Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan www.intangible.az portalı da Azərbaycanın qeyri-maddi mədəni sərvətlərinə dair məlumatların bir arada toplandığı internet resurs olaraq xalqımızın zəngin mədəni irs yaddaşının qorunmasına, yaşadılmasına xidmət edir”, - deyə Rafiq Bayramov bildirib.

Qeyd edək ki, 2004-cü ildə təsis edilən NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. Hər il bu müsabiqədə ən yaxşı internet layihələri, əhəmiyyətli veb-resurslar və informasiya texnologiyaları sahəsində peşəkarlar müəyyən edilir və mükafatlandırılır. Müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi, “Nar” şirkətinin əsas tərəfdaşlığı keçirilib.

 

 

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi