Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
193

“Mənim Şamaxım” rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu il ölkəmizdə “Nəsimi İli” elan olunmuşdur. Dahi şair Nəsimi irsinin təbliği, Şamaxı rayonunun sakinləri arasında incəsənətə marağın artırılması, rayonun mədəni həyatının tədbirlərlə zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və  Xətai  Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi  İli” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mənim Şamaxım ” adlı rəsm müsabiqəsi elan olunmuşdur.

Müsabiqəyə  Şamaxı  rayonundan  70-ə  yaxın uşaq, yeniyetmə və gənc qatılmışdır. Müsabiqədə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, Şamaxı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, Şamaxı rayon Melikçobanlı kənd tam Orta Məktəbi, Şamaxı Humanitar Kolleci, Samaxı rayon Mədrəsə qəsəbə tam Orta Məktəbi, Şamaxı rayon Qurdtəpə kəndi, Şamaxı rayon Həmyəli kənd tam Orta Məktəbi, Şamaxı 1 saylı Orta Məktəbi, Şamaxı rayon Qonaqkend tam Orta Məktəbi, Şamaxı rayon Məlhəm kənd tam Orta Məktəbi, Şamaxı M.Hadi adına tam Orta Məktəbi, Şamaxı rayonu Avaxıl kənd məktəbinin şagirdləri aktiv iştirak etmişdir.

İştirakçılar əsərlərində əsasən Şamaxının dahi  şəxsiyyətlərini, əsasən də Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazını, tarixi  abidələrini, sənət  nümunələrini, müxtəlif peşə  sahiblərinin obrazlarını təsvir  etmişdilər.

Sərgi  14  may  2019-cu  il  saat  11-də  Şamaxı  şəhər   Heydər  Əliyev  parkında  açılacaq. Tədbirdə həmçinin Əməkdar rəssam Natiq Səfərovun ustad  dərsi, rayon  musiqi  kollektivlərinin  konsert  proqramı təqdim olunacaqdır.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri və fəal tədris mərkəzləri diplom və təşəkkürnamələrlə təltif olunacaq, seçilmiş 20 əsərin müəllifi "Azərbaycanım" Uşaq Rəsm Festivalı çərçivəsində keçiriləcək müsabiqəyə dəvət  olunacaqdır.

XƏBƏRLƏR

22.05.2019 19:57
“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub
22.05.2019 18:17
Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildi
22.05.2019 17:41
Azərbaycanın tarixi körpüsü bərpa olunur
22.05.2019 17:14
Mədəniyyət könüllülüyünə ADMİU-nun tələbələri də qoşulub
22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib