Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
349

Milli Kitabxananın direktoru Rusiyada beynəlxalq forumda çıxış edib

Noyabrın 15-də Dövlət Ermitajının Baş qərargahında VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində “Böyük Qələbənin 75 illiyi: Ədəbiyyat, kino, teatr” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təmsil edib.

Konfrans Rusiyanın Televiziya aparıcısı, dokumentalist Nika Strijakın moderatorluğu ilə keçirilib.

Tədbirdə Rusiyanın “Эксмо-АСТ” nəşriyyat qrupunun prezidenti Oleq Novikov, Belarus Milli Kitabxanasının direktoru Roman Motulski, M.Qorki adına Moskva İncəsənət Akademik Teatrının bədii rəhbəri Eduard Boyakov, Rusiyanın Sovet və Rus film və teatr rejissoru, aktyor Dmitri Astraxan və digər şəxslər iştirak ediblər.

Konfrans iştirakçıları tərəfindən ədəbiyyat, teatr, kino və televiziya sahəsində hazırlanmış əhəmiyyətli layihələr – beynəlxalq ictimaiyyətlə ünsiyyət yolları və vasitələri ilə MDB ölkələrində gənc nəsillər arasında Böyük Qələbənin xatirəsinin qorunmasına yönəlmiş layihələr təqdim edilib, həmçinin müxtəlif mədəniyyət meyillərinin qovşağında formalaşan və beynəlxalq kontekstdə yazılmış yeni formatlar barədə müzakirələr edilib. Eyni zamanda, mədəniyyət müəssisələrinin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasındakı rolundan danışılıb.

Kərim Tahirov Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının həyata keçirəcəyi tədbirlər və MDB-yə daxil olan bir sıra ölkələrin milli kitabxanaları ilə birgə həyata keçirəcəyi layihələr barədə danışıb.

Eyni zamanda, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Verşinin arasında görüş keçirilib. Görüşdə Azərbaycan Milli Kitabxanası ilə Rusiya Milli Kitabxanası arasındakı qarşılıqlı əməkdaşlığın daha da inkişaf еtdirilməsi, еlm, mədəniyyət və məlumat mənbələrinin yayılması və mübadiləsi sahəsində gələcək əməkdaşlığın davam etdirilməsi istiqamətində danışıqlar aparılıb.

Daha sonra Rusiya Milli Kitabxanasının əməkdaşlarının müşayiəti ilə Foruma dəvət olunmuş iştirakçıların Dövlət Ermitajında ekskursiyası təşkil edilib.

Qonaqların iştirakı ilə VIII Sankt-Peterburq Mədəniyyət Forumunun təntənəli açılış mərasimi axşam saatlarında Mariinsky Teatrının yeni səhnəsində keçiriləcək.

XƏBƏRLƏR

13.12.2019 17:54
Mədəniyyət naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
13.12.2019 16:53
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir