Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
356

Moskvada təhsil alan azərbaycanlı tələbələrin sənət hesabatı

İyunun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Moskvadakı B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin hesabat çıxışları başlandı.

Teatr sahəsi üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi, bu sahədə xarici ölkələrlə müştərək layihələrin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Y.Vaxtanqov adına  Dövlət Akademik Teatrının nəzdində B.Şukin adına Teatr İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin sənədə əsasən 2016-cı ildə B.Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün xüsusi aktyor-rejissor kursu yaradılıb. Azərbaycana gələn pedaqoji qrup istedadlı gənclərdən ibarət heyəti toplayaraq onlara incəsənətin müxtəlif istiqamətləri, xüsusilə də teatr sənətinin çoxşaxəli istiqamətlərini tədris ediblər. Tədris prosesi zamanı tələbələrimizin ifasında bir neçə tamaşa səhnələşdirilib. İndi isə azərbaycanlı tələbələr sənət hesabatı üçün doğma şəhərdədirlər.

İyunun 24-də ilk olaraq tələbələrimiz bir növ sinif konsertini təqdim etdilər. Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi konsertdən öncə səhnəyə çıxan Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemət və Boris Şukin adına Teatr İnstitutunun Rejissorluq kafedrasının müdiri, professor, Rusiyanın Xalq artisti Mixail Borisov gənclərə uğurlar arzuladılar.

Teatrda gənclərə daim yol açıldığını, istedadlara meydan verildiyini diqqətə çatdıran Azər Paşa Nemət ölkə başçısının sərəncamı ilə imzalanan proqramdan irəli gələn məsələlərin sistemli şəkildə öz həllini tapdığını dedi. Azərbaycanlı tələbələrin Moskvada və Rusiyanın bir sıra incəsənət profilli təhsil ocaqlarında təhsil almasının da həmin proqrama uyğun olduğunu deyən Xalq artisti seçilən tələbələrin Şukin adına Teatr İnstitutunda 3-cü kursu uğurla başa vurduqlarını bildirdi. Vurğulandı ki, bugünkü konsert və sonrakı günlərdə nümayiş olunacaq iki tamaşa onların öz vətənlərində sənət hesabatıdır. Milli Dram Teatrının rəhbəri gənclərə uğurlar arzuladı.

Yüksək qonaqpərvərlik və xoş münasibətə görə azərbaycanlı həmkarlarına təşəkkürünü bildirən professor Mixail Borisov da üç il öncəyə qayıdaraq başladıqları yaradıcılıq yolu və bu müddət ərzində tələbələrlə aparılan işdən danışdı. 100 ildən artıq tarixə malik Şukin adına Teatr İnstitutunun dünya teatr məktəbləri arasında öncül yerdə olduğunu deyən qonaq ümidvar olduğunu bildirdi ki, Rusiyanın ən tanınmış teatr xadimlərindən, məşhur pedaqoqlardan dərs alan azərbaycanlı tələbələr səhnədə öz sözünü deyərək populyarlıq qazanacaqlar. Bu sahədə əməkdaşlığa görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür edən Mixail Borisov tələbələrinin doğma səhnədə, həmvətənləri qarşısında çıxışa həyəcanla hazırlaşdıqlarını vurğuladı, tamaşaçılardan da gəncləri diqqətlə izləməyi və ola biləcək hər hansı qüsuru belə görməzdən gələrək alqışlamağı xahiş etdi.

Sonra tkonsert başlandı. İkihissəli konsertdə tələbələr Ramail Bayramov, Abdulla İsmayılov, Bəhruz Əliyev, Mikayıl Əliyev və başqaları müxtəlif səhnəciklər, tamaşalardan hissələr, mahnı və romansların pantomima nümayişi və s. təqdim etdilər. Tələbələrin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılandı. Ramail Bayramovun “Sarı gəlin”, Abdulla İsmayılovun mono ifaları xüsusilə alqışa səbəb oldu. 

Onu da qeyd edək ki, azərbaycanlı tələbələr 25-27 iyun tarixlərində (saat 19.00)  Akademik Milli Dram Teatrının səhnəsində “Qafqaz təbaşir dairəsi” və “Ezop” tamaşalarını da təqdim edəcəklər.

XƏBƏRLƏR

18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir
15.07.2019 12:32
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15.07.2019 08:44
Azərbaycanın Əməkdar artisti, dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
15.07.2019 08:43
“Ürəyində arzu tut” tamaşası Şəkidə nümayiş edilib