Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
558

Neftçalada Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

Neftçala rayon Heydər Əliyev Mərkəzində İmadəddin Nəsiminin 650 illik  yubileyinə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, idarənin əməkdaşları və digər mədəniyyət işçiləri, Neftçala rayonunun rəsmi dövlət nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Məmmədova Nəsiminin yubileyinin dövlət səviyyəsində qeyd olunması və xalqımızın mənəvi dəyərlərinin yaşadılması istiqamətində şair və yazıçıların, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsinin əhəmiyyətindən danışdı.

Sonra K.Məmmədovanın ssenari müəllifi olduğu tamaşa təqdim edildi. Nəsiminin həyat və yaradıcılığı mədəniyyət işçilərinin ifasında obrazların dili ilə tamşaçılara çatdırıldı və izləyənlərdə xoş təəssürat oyatdı. Milli musiqimizin müşaiyəti ilə şairin qəzəllərinin səsləndirilməsi tədbirə xüsusi rəng qatdı.

Dəvət olunan qonaqlardan Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva, həmin institutun aparıcı elmi işçisi, dosent Qüdsiyyə Qəmbərova, Nizami adına Ədəbiyyat İnstitutunun filologiya üzrə elmlər doktorları Xuraman Hümbətli və Mərziyyə Nəcəfova çıxış edərək bu cür möhtəşəm tədbirin təşəbbüskarı və təşkilatçısı olan mədəniyyət işçilərinə öz təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən Salyanda da bu kimi tədbirin keçirilməsi planlaşdırılır.

XƏBƏRLƏR

16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub