Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
453

Pirallahı rayonunda bayram şənliyi keçirilib

Martın 18-i Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Pirallahı rayonunda yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Novruz bayramı və Bahar fəslinin gəlişi” münasibətilə bayram şənliyi keçirilib.

İlk öncə Mədəniyyət Mərkəzinin həyətində Şirvan folklor qrupunun ifasında səslənən “Yallı” musiqisinin sədaları altında “Yallı” rəqsi nümayiş olunub.

Daha sonra Mədəniyyət Mərkəzinin foyesində 168,186, 231, 235, 243 saylı məktəblərin və “Bulaq”, “Cırtdan” bağçalarının hazırladıqları sərgilərə baxış keçirilib.

Tədbirin  bədii hissəsi Mədəniyyət Mərkəzinin akt zalında davam edib. Konsertdə tanınmış müğənnilər Rüfət Axundov, Ziba Osmanlı, Əli Dünya, Kərim Kərimli, Zakir Abasəliyev, Zeynəb Məmmədli, “Qismət qrupunun solisti Tural Qismət, Türkanə Kərimova, “Şirvan” folklor qrupu, “Sevinc” ansamblı və həmin ansamblın solisti Qələm Qubadlı, söz ustası Sahib Kürdəxanlı, “Hind rəqsi” ilə rəqqasə Vəfa, 168 saylı məktəbin VIII sinif şagirdi Röya Pirmuradova çıxış ediblər. Tədbir tamaşaçıların gur alqışları ilə başa çatıb

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb