Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
290

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəqs kollektivi “Azərbaycan Kuboku”nu qazandı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Jam.Gropkompaniyasının dəstəyi və Azərbaycan Rəqs Assosiyasının təşkilatçılığı ilə 2 dekabr 2018-ci il tarixində Şəhriyar adına Mədəniyyət sarayında “AZERBAİJAN OPEN CUP”  adlı incəsənət müsabiqəsi keçirildi. Müsabiqınin əsas məqsədi gənc istedadlı kadrları üzə çıxarmaq, onların bacarıqlarından istifadə etmək üçün şərait yaratmaq və hər bir gəncin həyatda öz yerini tutmasına dəstək olmaq idi.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəqs kollektivləri müsabiqədə uğurla iştirak etdi. Müsabiqə üç yaş qrupu üzrə keçirildi. İstedadlı xoreoqraf  Emil Pənahovun  rəhbərlik etdiyi “Alov” rəqs qrupu“Yallı” rəqsinin(kiçik yaş- beybi  kateqoriyası 10 yaşa kimi)  , xoreoqraf Səbinə İsmayılovanın “Səbinə” rəqs kollektivi isə Xarici rəqsin  (gənclər–yuniorlar 16 yaş və yuxarı kateqoriyası) ifasına görə münsiflər heyətinin yekdil qərarı ilə qalib gələrək müsabiqənin birincisi oldular.

 

XƏBƏRLƏR

18.01.2019 11:01
Daşkənddəki “Məhəllə” televiziya kanalında Azərbaycan mədəniyyətinə dair proqram yayımlanıb
18.01.2019 10:51
“Azadlıq aşiqləri günü-20 Yanvar” rəsm müsabiqənin yekun sərgisi açılıb
17.01.2019 18:13
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı