Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2183

Qara Qarayevin 100 illiyinə həsr olunmuş “Qara Qarayev. Dram tamaşalarına musiqidən fraqmentlər” not məcmuəsinin təqdimatı keçirilmişdir

19 mart 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Qara Qarayevin 100 illiyinə həsr olunmuş “Qara Qarayev. Dram tamaşalarına musiqidən fraqmentlər” not məcmuəsinin təqdimatı keçirilmişdir.

Gərgin uzun illik tədqiqat işləri nəticəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Bakı, Moskva və Sankt-Peterburqda Qara Qarayevin tamaşalara yazdığı əksər musiqi notlarını – tam və ya fraqmentlərlə, müəllif və ya köçürücülər tərəfindən yazılan notları aşkar etməyə nail olmuşdur.

Dramatlik teatrların, həmçinin S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivinin, Rusiya Dövlət Ədəbiyyat və İncəsənət arxivinin köməyi ilə həyata keçirilənlər, Azərbaycan və Sovet musiqi mədəniyyətinin korifeylərindən birinin yaradıcılığının əvvəllər tədqiq olunmamış səhifələri haqqında təsəvvür əldə etməyə imkan verir (Bunların bir çoxu Azərbyacanda heç vaxt səslənməmişdir).

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən əvvəllər nəşr edilmiş iki nömrə - “Afroditanın adası” tamaşasından “Eskiz” və “Antoni və Kleopatra” tamaşasından “Məhəbbət mövzusu” – istisna olmaqla təqdim olunan məcmuədə Qara Qarayevin teatr musiqisinin fraqmentləri ilk dəfə nəşr olunur. Şübhəsiz, bu nəşr görkəmli bəstəkarın yaradıcılığının unudulmuş səhifələrinin qayıdışına və onunla tanışlığa kömək edəcəkdir. Həmçinin bu nəşr, şagird və tələbələrinin fortepiano və vokal repertuarını zənginləşdirəcəkdir.

Layihənin müəllifi və elmi redaktoru – Alla Bayramova

Kompüter not qrafikası – Yavər Nemətli

Korrektor – Alla Fyodorova

Təqdimat mərasimində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.

Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyovanın, G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri, Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında yeni nəşr olunmuş not məcmuəsindən Qara Qarayevin dram tamaşalarına musiqidən fraqmentlər ifa olunmuşdur.

Novruz bayramı ərəfəsində not məcmuəsi şagird, tətələbə və müəllimlərə hədiyyə olunmuşdur.

Tədbirdə musiqişünas alim, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru İmruz Əfəndiyeva və Bakı Musiqi Akademiyasının professoru,  Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova çıxış etmişdir.

 

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu