Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
853

“Xalq teatrları peşəkar səhnənin beşiyidir” adlı Respublika xalq teatrları konfransı keçirildi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən III Respublika Xalq Teatrlarının Festivalı çərçivəsində iyunun 25-də Muzey Mərkəzində ilk dəfə Respublika xalq teatrları konfransı keçirildi.

“Xalq teatrları peşəkar səhnənin beşiyidir” adlı konfrans Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Azərbaycan teatr ənənələrinin qorunması və inkişafına dəstək göstərilməsi, peşəkar teatr üçün baza rolunu oynayan xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin stimullaşdırılması, gənc nəslin bu sahəyə marağının artırılması məqsədilə təşkil olunub.

Konfransın açılışında çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov başa çatan III Respublika Xalq Teatrlarının Festivalının əhəmiyyətindən söz açdı. Bildirdi ki, məhsuldar gündəliyi olan, final mərhələsində 13 kollektivin çıxış etdiyi festival yerlərdə teatr sənətinin inkişafına töhfə olacaq. Bu gün dövlət tərəfindən mədəniyyətin bütün sahələrinə, o cümləsən teatr sənətinə diqqət və qayğı göstərildiyini deyən nazir müavini peşəkar teatr kollektivlərinin formalaşmasında xalq teatrlarının mühüm rolunu vurğuladı. Bildirdi ki, xalq teatrlarının yerlərdəki mədəni mühitdə hərəkətverici missiyasına nail olmaq, onların fəaliyyət dairəsini genişləndirmək ümdə vəzifələrdəndir.

Rafiq Bayramov xalq teatrlarının gələcək fəaliyyəti üçün konfrans iştirakçılarından konkret təkliflər gözlədiklərini və nazirliyin xalq teatrları ilə bağlı bundan sonra da sistemli iş aparacağını dedi. Qeyd etdi ki, bu kimi konfranslar, fikir mübadilələri xalq teatrlarının inkişafına, onların yaradıcılıq səviyyəsinin artırılmasına kömək edir. Nazir müavini ayrı-ayrı rayonlarda yeni xalq teatrlarının yaradılması üçün zəmin yaradılmasının vacibliyini də qeyd etdi.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxışında iki paneldə davam edəcək konfransın həm hesabat xarakterli fikirlər, həm də qarşıda duran məqsəd və vəzifələrlə bağlı konkret təkliflər üçün imkan yaratdığını vurğuladı.

Sonra konfrans “Xalq teatrlarına dövlət qayğısı” və “Xalq teatrlarının perspektivi” adlı iki paneldə işini davam etdirdi.

Birinci paneldə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova, Xalq artisti Tariyel Qasımov və başqaları xalq teatr kollektivlərinin fəaliyyət və nailiyyətləri, onların qarşısında duran problemlər barədə fikirlər səsləndirdilər. Çıxışlarda ustad dərslərinin keçirilməsi, təcrübə mübadiləsi, qarşılıqlı qastrol səfərləri, xalq teatrları üçün repertuarın zənginləşməsini təmin edəcək birpərdəli pyeslərin sifarişi və s. mövzularda təkliflər irəli sürüldü.

Panel iclaslarında həmçinin MEMİM-in əməkdaşı Hikmət Nəbili (“Azərbaycan teatrının tarixi və inkişafı”), Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayon üzrə nümayəndəsi Fizzə Mahmudova (“Zaqatala xalq teatrının rayonun mədəni həyatında rolu”), Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin metodisti, Xalq teatrının bədii rəhbəri İlham Tağızadə (“Xalq teatrlarımız zamanın axarında”), AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov (“Xalq özfəaliyyət teatrının milli teatr prosesinə təsir parametrləri”), Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müəllimi Elçin Cəfərov (“Xalq teatrları müasir mədəniyyət prosesi konteksitində: problemlər və perspektivlər”), Zaqatala rayon Xalq teatrının bədii rəhbəri Bayram Qurbanov (“Xalq teatrları və onların yaradıcılıq yolu”) və başqaları çıxış etdilər.

Çıxışlarda xalq teatrlarının bölgələrdəki mədəni həyata təsiri, istedadlı aktyorların yetişməsi üçün oynadığı rol önə çəkilərək, peşəkar teatrlar üçün baza kimi əhəmiyyəti vurğulandı, təkliflər səsləndirildi. Hər iki panel üzrə müzakirələrdən sonra iştirakçılara sertifikatlar təqdim olundu.

XƏBƏRLƏR

21.09.2019 13:51
Çin Xalq Respublikasının nümayəndə heyəti Milli Xalça Muzeyində olub
21.09.2019 12:30
Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
21.09.2019 10:58
Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edəcək
20.09.2019 18:43
Dövlət Xidmətinin rəisi Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri ilə görüşüb
20.09.2019 18:05
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
20.09.2019 17:31
“Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusunda növbəti seminar təşkil edilib
20.09.2019 14:56
Beynəlxalq Muğam Mərkəzində “Rast” dünyası” adlı konsert təqdim olunub
20.09.2019 11:54
Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
20.09.2019 11:46
Şəhər və rayonlarda vətəndaşların növbəti qəbulları keçirilib
20.09.2019 10:53
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olundu
20.09.2019 09:17
Qax rayonunda III Bal bayramı keçirilib
20.09.2019 09:06
Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub
20.09.2019 09:03
“Qədim Avropaya səyahət” adlı konsert proqramı təqdim olundu
19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur