Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə aşağıda qeyd edilən ixtisaslar üzrə gənclərin oxumağa göndərilməsi planlaşdırılır:
Kino və televiziya rejissoru (2 yer)
Kinooperator (2 yer)
Animasiya və kompüter qrafikası rejissoru (1 yer)
Daha hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə AR Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılmışdır.
Namizədlər üçün məsləhət saatları təyin olunacaq.
Ətraflı məlumat almaq üçün aşağıdakı telefonlara müraciət etmək olar:
597 48 04, 051 427 41 03 – AR Kinematoqrafçılar İttifaqı
www.arki.az, e-mail: arki.2012@mail.ru
530 13 41 – “Azərbaycanfilm” kinostudiyası
www.azerbaijanfilm.az, e-mail: azerfilm@mail.ru, info@azerbaijanfilm.az