Kamança hazırlanması və ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsi
2017-ci ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş kamança ifaçılığının təbliği, respublikada kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi, habelə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2018-ci ilin aprel-may aylarında gənc kamança ifaçılarının II respublika müsabiqəsini keçirir.Əsasnaməni buradan endirə bilərsiniz.