Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5360

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində İSESKO-nun baş direktoru ilə görüş keçirmişdir

Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Fransanın Paris şəhərində səfərdədir. Səfər çərçivəsində Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan-İSESKO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilmişdir.

Nazir Əbülfəs Qarayev təşkilatın baş direktorunu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək görüşün baş direktorun vəzifəyə təyin edildikdən sonra ilk görüş olduğunu bildirmiş və bu görüşlərin davamlı olacağına inamını ifadə etmişdir. Nazir, həmçinin ötən dövr ərzində Azərbaycan-İSESKO əlaqələrinin inkişafı barədə qısa məlumat vermiş və bildirmişdir ki, bu əməkdaşlığın inkişafında Azərbaycanın Birinci Vitse-Prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və şəxsən Prezident cənab İlham Əliyevin böyük töhfələri olmuşdur. Ötən dövr ərzində Azərbaycan İSESKO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirmiş, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam Mədəniyyətinin Paytaxtı seçilmiş, 2009-cu ildə Bakıda İslam ölkələrinin Mədəniyyət Nazirlərinin Toplantısı, 2015-ci ildə İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçirilmişdir. Bununla yanaşı, təşkilatla digər sahələrdə də layihələr və tədbirlər həyata keçirilmişdir. İSESKO ölkə başçısının qlobal təşəbbüsü olan və hazırda BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”-nin əsas tərəfdaşlarındandır və bu təşəbbüs çərçivəsində 2011-ci ildən təşkil edilən 5 Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında rəsmi tərəfdaş qismində iştirak etmişdir.

Nazir Azərbaycan-İSESKO əlaqələrinin yüksək səviyyədə olduğunu bildirmiş və yeni mərhələdə də bu əlaqələrin davamlı olaraq inkişaf edəcəyinə inamını ifadə etmişdir.

İSESKO-nun baş direktoru nazir Əbülfəs Qarayevə təşəkkür edərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və özündə yeni elementləri ehtiva edəcəyinə əmin olduğunu bildirmiş, həmçinin əlaqələrin inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirdiyini qeyd etmişdir. O, həmçinin İSESKO-da aparılan islahatlar və bir çox layihələr barədə məlumat vermiş və qeyd etmişdir ki, bu gün İSESKO və UNESKO arasında 5 layihənin həyata keçirilməsi ilə bağlı sənəd imzalanacaqdır. Bu layihələrin həyata keçirilməsi ilə bağlı digər beynəlxalq qurumlarla da iş aparılır.

Əbülfəs Qarayev İSESKO-da aparılan islahatları təqdir etdiyini bildirmişdir. Nazir Bakı şəhərinin UNESKO tərəfindən “Yaradıcı şəhər” elan edilməsi barədə məlumat verərək gələcəkdə İSESKO çərçivəsində də bənzər layihələrin həyata keçirilə biləcəyini qeyd etmişdir. O, həmçinin İSESKO çərçivəsində irsin qorunması ilə bağlı layihə həyata keçirilə biləcəyini və bu layihə vasitəsilə İslam dünyasında mədəni irsin qorunmasına töhfə verilə biləcəyini diqqətə çatdırmışdır.

Yekunda nazir İSESKO-nun baş direktorunu Azərbaycana dəvət edib.

XƏBƏRLƏR

05.08.2020 10:28
“Hər kitab bir dünyadır” layihəsi davam edir
04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib
24.07.2020 10:12
Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub
23.07.2020 16:43
Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
23.07.2020 14:46
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
23.07.2020 12:43
Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb