06.10.2020 12:58
1989-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdi. Xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış və abidəsi ucaldılmışdır.
Muzeyin əsas fəaliyyət növü əslən Güləbird kəndindən olan Sarı Aşığın dillər əzbəri olan bayatılarının, deyimlərinin itib-batmaması və gələcək nəsillərə çatdırılması üçün çalışmaq olmuşdur.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan olunmuşdur.