05.10.2020 04:32
1983-cü ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Şuşada anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə onun ev-muzeyinin təntənəli açılışı olmuşdur.
Muzeydə Bülbülün şəxsi əşyaları, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər və sənədlər nümayiş etdirilirdi.
1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra muzey öz fəaliyyətini dayandırmış, bütün eksponatlar düşmən tərəfindən məhv və qarət edilmişdir.