Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3125

“Canlı miras” Datse Ştrausa. Latviya. Rəngkarlıq. Fərdi sərgi.

30.05.2018-04.06.2018

Təntənəli açılış: 30 may saat 18.30-da  Dairəvi zalında.

Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Latviyanın Azərbaycandakı Səfirliyi, Muzey Mərkəzi.

Sərginin keçirilməsi yeri: Muzey Mərkəzinin Sərgi Qalereyası.

Sərginin iş vaxtı: 30 may 2018-ci ildə saat 18.30-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi, Latviyanın Azərbaycandakı səfirliyi və Muzey Mərkəzinin təşkil etdiyi “Canlı miras” sərgisinin açılışı olacaq. Sərgi Azərbaycan Demokratik Respublikasının və Latviya Respublikasının 100 illik yubileylərinə həsr olunub. Sərginin mövzusu isə latış rəssam Datse Ştrausanın tablolarında təqdim olunan Azərbaycanın Qarabağ cins atlarına həsr edilib. Qarabağ atlarının olduqca incə gözəlliyi, xüsusi zərifliyinin gücü bəşəriyyəti daim heyran qoyaraq sevindirəcək.

Datse Ştrausa öz ixtisasına görə zoomühəndisdir. O, 1981-ci ildə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasını qurtarıb.1988-1991-ci illərdə Latviya Rəssamlıq Akademiyasının hazırlıq şöbəsində oxuyub və xeyli müddət sonra (2005-ci ildə) isə Riqada Foto-məktəb kurslarına gedib. Bu, əlavə təhsilin bir mənası var idi: sevimli atların kətan üzərində əsil surətlərini yarada bilmək üçün ifadə vasitələrinin bütün zəruri dəstinə malik olmaq! Zaman keçdikcə Datse Ştrausa yavaş-yavaş animalistik janr rəssamı kimi məşhurlaşır. O əvvəlcə öz Vətənində – Latviyada geniş populyarlıq qazandı, sonra isə ailə vəziyyəti ilə əlaqədar köçdüyü Finlandiyada. Bu gün artıq rəssamın aktivində Latviyada, Finlandiyada və Almaniyada fərdi və qrup şəklində keçirilmiş 18 sərgi var.Datse öz əsərlərində müxtəlif rəng və cinslərdən olan atların təsvirini nəinki dəqiqliklə verir, onun yaratdığı obrazlar bu güclü və son dərəcə gözəl heyvanların həqiqətən yaşadığı zəngin hisslər və emosiyalar qammasını tamamilə özündə əks etdirir. Rəssamın təmasda olduğu, seyr etdiyi, sığallayıb müşahidə apardığı hər bir at onun üçün ayrıca canlı fərddir və müəllifə görə hər bir heyvanın xarakterinin unikallığını tamaşaçının ayrılıqda görüb-hiss etməsi olduqca vacibdir.Datse Ştrausa  artıq iki ildir ki, Azərbaycanda yaşayır. Buraya gələn kimi də yerli atçılarla, həvəskar at saxlayanlarla əlaqə yaratmağa, ünsiyyət saxlamağa başlayıbvə xüsusilə də Qarabağ cins atlarına diqqət, maraq göstərir.

Məlumdur ki, Qarabağ atları azərbaycanlıların milli fəxarət ünvanlarındandır. Orta əsrlərdə Qarabağ atlarının xüsusi cinsləri yalnız Qarabağ xanlarına mənsub idi. Bu təmiz qanlı atların, necə deyərlər, əsas istehsal yerləri də Qarabağ xanının zavodu idi. Azərbaycanın milli mədəni irsinin bir çox nümunələri, əsas da xalımız və milli mətbəximizlə yanaşı Qarabağ atları da haqlı olaraq Azərbaycanın  milli sərvəti sayılır. Heç də təsadüfi deyildir ki, 2013-cü ildə məhz Qarabağ atlarının iştirakı ilə oynanılan ənənvi milli çövkən oyunumuz YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs Siyahısına daxil edilib. O zaman heyvanın bəşəriyyətin irsinin saxlanmasında, qorunmasında rolunun beynəlxalq səviyyədə rəsmi şəkildə tanınması misilsiz bir hadisə idi.Sərgidə Qarabağ atlarının obrazları təsvir olunmuş 29 rəsm əsəri nümayiş olunacaq. Rəssamın heyvanların fiziki keyfiyyətlərini təsvir və təqdim etdiyi realistik dəqiqlik adamı heyrətə gətirir. Ancaq Datsenin bu çapağanlar haqqında rəsm dastanında təsvir etdiyi istilik, anlayış və hörmət hissi heç də az heyranlıq doğurmur. Tablolar arasında Datsenin sevimlisi olan, rəssamın Bakıda yaşayacağı müddətə himayəyə götürdüyü Bəbir də təqdim olunur. Şişkin damarlar, gərilmiş əzələlər, ipək kimi bərq vuran tüklər (axı Qarabağ atlarına havayı yerə “kəhər”, “sarılar”, “qızılı” demirlər), tamaşaçını bir an belə öz cazibəsindən buraxmayan gözlər... Təsvirin dəqiqliyi obrazları nə daxili dinamikadan məhrum edir, nə də təəssüratın canlılığını azaldır...

Datse Ştrausanın təqdim etdiyi obrazlar ürəyin səsi ilə, qəlbin çağırışı ilə yaradılıb. Heyvanlara qarşı böyük məhəbbətin bu obrazları tamamilə saran və onlardan nəşət edərək, xeyirxahlıq, humanizm, sevgi cərəyanları kimi insanın bütün varlığına nüfuz edərək həyatımızı həqiqətən gözəlləşdirir.

Əlavə məlumat üçün telefon nömrələri: +99412 493 58 83, +99450 273 21 80 (saat 10.00-dan 18.00-dək).

İnformasiya dəstəyi: TREND agentliyi, LİDER televiziyası.

Ünvan: AZ 1095, Azərbaycan, Bakı şəh., Neftçilər prospekti, 49.

Тел.: +99412 4935883, +99450 273 21 80;

e-mail: museumcenter@museumcenter.az;  www.museumcenter.az

XƏBƏRLƏR

01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı