Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3923

Tanınmış bəstəkar və müğənni Emin Ağalarova “Azərbaycan Respublikasının Xalq artisti" fəxri adının vəsiqəsi və döş nişanı təqdim olundu

İyulun 31-də mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsi və döş nişanını təqdim etdi.

Müğənni bu fəxri ada Prezident İlham Əliyevin 27 may 2018-ci il tarixdə imzaladığı sərəncama əsasən layiq görülüb.

Musiqiçini fəxri ad alması münasibətilə təbrik edən nazir bildirdi ki, ölkə başçısı tərəfindən təltif olunması onun yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir. Çünki Emin Ağalarov müğənni və təşkilatçı kimi bu gün müasir Azərbaycan mədəniyyətini təkcə keçmiş sovet məkanında deyil, bütün dünyada layiqli şəkildə təbliğ edir: “Azərbaycan mədəniyyətinin və ümumiyyətlə, ölkəmizin tanıdılması istiqamətindəki fəaliyyətinizə görə siz bu ada layiqsiniz və inanıram ki, bundan sonrakı fəaliyyətiniz də səmərəli olacaq”.

“Jara” Beynəlxalq Musiqi Festivalı ilə bağlı fikirlərini bölüşən nazir qeyd etdi ki, artıq üçüncü ildir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi festivalın təşkilində yaxından iştirak edir: “Biz bu böyük musiqi layihəsində birgə əməkdaşlıqdan məmnunluq duyuruq. Azərbaycan mədəniyyətinin təbliği baxımdan “Jara” festivalı böyük əhəmiyyət kəsb edir”.

Nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirən Emin Ağalarov “Jara”nın sadəcə festival deyil, böyük musiqi platformasına çevrildiyini dedi: “Artıq üçüncü festivalı böyük hərarətlə və uğurla arxada qoyduq. Festival çərçivəsində 5 gün müddətində 250-dən artıq musiqiçi tamaşaçılar qarşısında çıxış etdi. Bütün qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edildi. Gün ərzində 75 ifa və 6 saatlıq konsertin reallaşdığı festivalın Rusiyanın baxımlı “Muz TV” kanalı ilə canlı yayımlanmasının özü də böyük əmək və məsuliyyət tələb edirdi. Çətin olsa da, bu işin öhdəsindən məharətlə gələ bildik. Heydər Əliyev Mərkəzinin qarşısında Bakı sakinləri üçün keçirdiyimiz konsert isə daha yaddaqalan oldu. Çünki bizə konsertdə iştirakla bağlı çoxsaylı mesajlar yazılırdı. Belə qərara gəldik ki, bu məqsədlə belə bir konsert təşkil edək. İnanıram ki, növbəti festival daha rəngarəng və hərarətli olacaq. Bakının tarixi İpək Yolu üzərində yerləşməsi onu həmişə qonaqlar və turistlər üçün cəlbedici edib. Multikulturalizm beşiyi olan Azərbaycan bu festival çərçivəsində dostluğu və sülhü bir daha tərənnüm edir”.

Təqdimatdan sonra jurnalistlərə müsahibə verən Emin Ağalarov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ən yüksək fəxri adına layiq görülməyindən şərəf duyduğunu bildirdi: “Hər bir ifaçı üçün bu fəxri ad həm məsuliyyət, həm də şərəfdir. Heç ağlıma gəlməzdi ki, nə vaxtsa sinəmdə Azərbaycanın “Xalq artisti” fəxri adının nişanı ilə müsahibə vermək nəsibim olacaq. Bu fəxri ad hər zaman Azərbaycanın təbliği və tanıdılması istiqamətində fəaliyyətimi əsirgəməyəcəyimə və bu adı şərəflə daşıyacağıma bir işarədir. Bilirsiniz ki, “Jara” festivalını uğurla yekunlaşdırdıq. Festival çərçivəsində 1200-dən artıq musiqiçi Bakının mədəni həyatına sevgi, hərarət və coşqunluq gətirdi. Bu bayramda həm yaşlı, həm də gənc nəsil öz zövqlərinə uyğun musiqi dinləyə bildilər. Bu gün Moskvaya qayıdıram və növbəti festivalın hazırlıqlarına başlanılacaq. Bir daha ölkə rəhbərliyinə həm yaradıcılığıma, həm də fəaliyyətimə verdiyi yüksək dəyərə görə dərin minnətdarlığımı bildirirəm”.

 

 


XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib