16.07.2019 09:35
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 15 iyul tarixli 304 nömrəli Qərarı ilə Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilmişdir.Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.