Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
132

Özbəkistanın nargis.uz portalında “Arşın mal alan” operettası haqqında məqalə verilib

Özbəkistanın nargis.uz portalında rus dilində “Arşın mal alan: müsəlman Şərqində birinci operettanın tarixi” sərlövhəli məqalə verilib.

2013-cü ildə UNESKO Baş konfransının qərarı ilə dünyanın ən populyar musiqi əsərlərindən biri, müsəlman Şərqinin ilk operettası olan böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin 100 illiyi bütün dünyada qeyd olunub.

Materialda qeyd edilir ki, böyük bəstəkar bu əsəri Bakıda yazmağa başlayıb və 1913-cü ilin yayında Sankt-Peterburqda tələbə olarkən başa çatdırıb.

Yazıda əsərin mövzusu haqqında da danışılır, bildirilir ki, bu əsərdə Azərbaycan xalq mahnılarının motivlərindən də geniş istifadə edilib.

Qeyd edilir ki, 1913-cü il oktyabrın 25-də Bakıda əsərin uğurlu təqdimatından sonra tamaşa Qafqaz ölkələri, Rusiya, sonra isə bütün dünyanın səhnələrinə ayaq açır.

Bildirilir ki, 1915-ci ildə Tiflisdə tamaşa ilə bağlı maraqlı rekord qeydə alınıb. Belə ki, əsər bir gündə altı səhnədə altı dildə-Azərbaycan, gürcü, rus, aysor, ivrit və erməni dillərində tamaşaya qoyulub.

Məqalədə ermənilərin “Arşın mal alan” əsərini özününküləşdirməsi haqqında da söhbət açılır.

Yazıda xüsusi olaraq qeyd edilir ki, 1945-ci ildə Bakıda “Arşın mal alan” filmi də çəkilir və dünyanın 80 dilinə dublyaj olunur, 150-dən artıq ölkədə göstərilir.

XƏBƏRLƏR

16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu