Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2383

Bakıda istedadlı gənc rəssamın “Meraki” adlı sərgisi açılıb

Noyabrın 1-də Müasir İncəsənət Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə istedadlı gənc rəssam Nərmin Sadıqovanın “Meraki” adlı fərdi sərgisi açılıb.

Muzeyin direktoru Xəyyam Abdinov sərgini açıq elan edərək bildirib ki, Nərmin Sadıqova rəssamlıq sənətində özünəməxsus yaradıcılıq üslubu, rolu və maraqlı kreativ ideyaları ilə seçilir. O, daim axtarışda olan rəssamdır. Gənc fırça ustası hər bir əsəri üzərində apardığı iş prosesində özündən bir parçanı, həyəcanını, hisslərini kətana köçürür, onlara zəruri çalarlar əlavə edərək canlandırır. Sərginin adı ilə bağlı ideya da məhz bununla bağlıdır: “Meraki” kəlməsini yunanlar yaradıcılıq prosesinə özlərindən bir parçanı –hissləri əlavə edərək ətrafda baş verənləri təsvir etmək mənasında işlədirlər.

Nərmin Sadıqova həyatının bu əlamətdar günündə onu dəstəkləməyə gələnlərə təşəkkürünü bildirib. O, sərginin uğur qazanacağına əminliyini ifadə edib.

Sonra qonaqlar portret, peyzaj, natürmort kimi müxtəlif janrlarda 30-dan çox əsərdən ibarət olan ekspozisiya ilə tanış olublar.

Sərgi noyabrın 5-dək davam edəcək.

Qeyd edək ki, Nərmin Sadıqova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. İstedadlı rəssam hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistraturasında təhsil alır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Gənc rəssam Heydər Əliyev Fondunun və YARAT Müasir İncəsənət Mərkəzinin təşkil etdikləri müxtəlif sərgilərin iştirakçısı olub.

XƏBƏRLƏR

05.08.2020 10:28
“Hər kitab bir dünyadır” layihəsi davam edir
04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib
24.07.2020 10:12
Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub
23.07.2020 16:43
Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
23.07.2020 14:46
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
23.07.2020 12:43
Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb